Sürücülər yarışın start vaxtından narazıdırlar

Keçən il Avstraliya yarışının startını axşama yaxın vaxta keçirmişdilər – avropalı tamaşaçılar bazar günü səhər yarışı normal vaxtda izləsələr də, […]

Keçən il Avstraliya yarışının startını axşama yaxın vaxta keçirmişdilər – avropalı tamaşaçılar bazar günü səhər yarışı normal vaxtda izləsələr də, Melburnda batmaqda olan günəşin iti şüaları sürücülərə mane olmuşdu və finişdən sonra bir çoxları çempionat rəhbərliyinin və Qran Pri təşkilatçıalrının qərarını tənqid etmişdi. Tənqidə qulaq asan olmayıb – keçən il yarışın televiziya reytinqləri artdığı üçün qərar qüvvədə saxlanılıb…

Robert Kubitsa: “Keçən il finişdən əvvəl 20 dövrə çox təhlükəli idi. Sonuncu sektorda, xüsusən də sonuncu döngədə heç nə görünmürdü. Buna görə də sons ektorda sürücülər yarım saniyə itirirdilər – günəş çox aşağıdan bizə baxırdı. Bəlkə bu dəfə buludlar bizə kömək elədi – deyəsən, bazar gününə hava dəyişəcək.”

Yarno Trulli: “Keçən il biz mövqeyimizi bildirdik, amma heç nə dəyişmədi – yarış yenə də ala-toranlıqda keçəcək və biz bununla barışmalıyıq. Finişdən sonra isə deməliyik ki, biz xoşbəxtik, bəlkə bu halda startı daha rahat vaxta keçirdilər.”

Mark Uebber: “Əgər yarış üçün ən yaxşı seçsək, aşkar görünür ki, yarış belə bir vaxtda keçirilə bilməz – günəş bizim kokpitdə güzümüzün hündürlüyündə olur. Təəssüf ki, bu qərarın bir çox kommersiya səbəbləri var və mən Yarno ilə razıyam – biz deməliyik ki, axşam saat beşdə yarış fantastikadır, bundan sonra yarışın vaxtını dəyişəcəklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*