Bakı həyəcanlı drift yarışına hazırlaşır

Dünyanın ən həyəcanlı drift yarışı ilk dəfə Bakıda keçiriləcək

F-1.az bildirir ki, 16 oktyabrda Dənizkənarı Bulvar ərazisində dünyanın ən gözlənilən yarışlarından biri olan “Red Bull Car Park Drift”in milli finalı keçiriləcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək.

Özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən yaxşı şou göstərən 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək. Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaşı şou göstərən işiakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.  

Red Bull Car Park Drift” yarışının iştirakçıları bu ilin avqut ayında dünyaşöhrətli Livanlı driftçi, 2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran Abdo Feqalidən master klasslar alıb. O həmçinin2008-ci ildə Livanda keçirilən ilk Red Bull Car Park Drift”yarışının da qalibidir.

Red Bull Car Park Drift yarışı Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası və AmsOil maşın yağlarıın təşkilatı dəstəyi ilə keçirilir.

Tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün “Fan Zone” ərazisində müxtəlif aktivliklər nəzərdə tutulub.

Tədbirə giriş sərbəstdir. Odur ki, bütün sürət həvəskarlarını 16 oktyabr, saat 12:00-da Bakı Kristal Zalın parklama ərazisində gözləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*