Məşhur driftçi artıq Bakıdadır

Dünyanın tanınmış drift ustalarından biri, adını Ginnesin Rekordlar kitabına yazdıran livanlı driftçi Abdo Feqali Bakıya gəlib.

F-1.az bildirir ki, Artıq şəhərimizi gəzən dünya şöhrətli drift pilotu paytaxtımızda keçiriləcək beynəlxalq drift çempionatını böyük maraqla gözlədiyini vurğulayıb. Şəhərimizi çox bəyəndiyini deyən drift idmançısı sonda “Red Bull Car Park Drift” yarışının keçiriləcəyi yerə, Kristal Zalın parkinq ərazisinə yollanıb. Məhz bu məkanda oktyabrın 16-da saat 12:00-da Beynəlxlaq “Red Bull Car Park Drift” çempionatı keçiriləcək. Bütün paytaxt sakinlərini və qonaqları tədbiri izləməyə dəvət edirik. Giriş pulsuzdur…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*