Red Bull Car Park Drift ilk dəfə Bakıda!

Azərbaycan Avtmobil Federasiyasının təşkilati dəstəyi ilə dünyanın ən həyəcanverici drift seriyası Red Bull Car Park Drift 24 sentyabrda ilk dəfə Bakıya gəlir! Azərbaycanın ən yaxşı drifterlərini burada görə bilərsiniz.

Red Bull Car Park Drift”in növbəti dayanacağı bu il Bakı olaraq qərarlaşdırılıb. Böyük tələbatdan sonra, nəhayət, dünyanın ən maraqlı “Car Park Drift” seriyası sentyabr ayında alovlar şəhəri, ikonik Bakı Bulvarında tamaşaçılarla olacaq.

Drift, avtoidman növləri arasında ən sürətlə yayılanlardan biri olmasına baxmayaraq, hələ də bir çox maşınsevər üçün yenidir. Sürətli maşın səs-küyündən, yəni “Red Bull Car Park Drift”dən qabaq,  seriyanın niyə driftinqin ən həyəcanverici yarışlarından olduğunu və digər seriyalardan nə ilə fərqləndiyini qısaca izah edək.

İlin qaçırılmamalı avtoidman yarışı “Red Bull Car Park Drift”də sürücülər xüsusi hazırlanmış maneələrin öhdəsindən gələcək, bir qədər səs-küy salacaq və mümkün qədər çox tüstü çıxaracaqlar.  Nəticədə ölkənin ən yaxşı drifteri seçilib Səudiyyə Ərəbistanında keçiriləcək “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil edəcək.

Red Bull Car Park Drift” dəli bir yarışdır! Çoxmərtəbəli avtodayanacaqların dar küncləri, beton dirəkləri və dayaqları boyunca hərəkət edən drifterlərdən ilhamlanaraq yaradılmış bu seriya, maneələrlə dolu yerlərdə sürətlə hərəkət etmək, driftinq məharətləri sərgiləmək və “pendulum”, “spiral”, “gate”, “flipper” kimi adlandırılan tapşırıqları yerinə yetirməkdən ibarətdir. İştirakçılar münsifləri heyrətləndirərək mümkün 400 xal üstündən ən yüksək nəticəni əldə etməyə çalışırlar.

Drifterlər, driftinq bacarıqları ilə yanaşı maşınlarının görünüşü, səsi və təkələrindən nə qədər tüstü çıxmasına əsasən də mükafatlandırılır. Hər sürüş “box” adlanılan yerdə başa çatır — burada sürücülər maşınlarını dairəvi şəkildə döndürməli və maneələrlə dolu kiçik dördkünc çərçivənin ətrafında drift etməlidirlər. Əgər sürücülər fırlanar, yanlış istiqamətə sürüklənər və ya maneəyə dəyərsə, xalları azalır. Üç penaltidən sonra oyundan kənarlaşdırılırlar.

Sürətlə driftinq etməyin mürəkkəbliyi təqdirəlayiqdir.

Maraqlı səslənir? O zaman qeydiyyatdan keçməyə tələs, yerlər sayı məhduddur.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*