Stefan GP komandası Toyota-dan ayrılmasını təsdiq edib

Biz artıq yazmışdıq ki, Stefan GP komandası dünya çempionatında debüt etməsinə icazə ala bilmədikdən sonra, Toyota şirkəti Kölndəki bazasından istifadə […]

Biz artıq yazmışdıq ki, Stefan GP komandası dünya çempionatında debüt etməsinə icazə ala bilmədikdən sonra, Toyota şirkəti Kölndəki bazasından istifadə barədə yeni proqramını elan etmişdi. Bu gün münasibətlərin ayrılmasını komandanın başçısı Zoran Stefanoviç də təsdiq edib…

Zoran Stefanoviç: “Biz Toyota-ya əməkdaşlığına görə minnətdarlıq edirik. Bu çox böyük şirkətdir, onlar Kölndəki TMG bazasından xeyir götürmək məqsədilə yeni proqram elan ediblər. 2010-cu ildə bizim münasibətlər davam etməyəcəkdir, bizim başqa planlarımız var. Amma gələcəkdə bizim əməkdaşlığımız yenə də mümkündür, amma hələlik bu müzakirə olunmur.

Biz dünya çempionatında iştirak etmək üçün əlverişli variant axtarırıq. Biz ərizə vermək üçün FİA ilə danışıqlara başlamaq istəyirik, amma hər şeydən əvvəl bizim özümüz qərar qəbul etməliyik. Burda söhbət yalnız bizim arzumuzdan getmirik, biz bunu hansı formada etməyimizi düşünməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*