S.Peres özünə gəlib və danışa bilir…

Sıralanma turunun bitməsinə 2.5 dəqiqə qalmış Sauber komandasının sürücüsü Serxio Peres ciddi qəzaya uğrayıb. Peres tunelin çıxışında əylənmədə maşına nəzarəti […]

Sıralanma turunun bitməsinə 2.5 dəqiqə qalmış Sauber komandasının sürücüsü Serxio Peres ciddi qəzaya uğrayıb. Peres tunelin çıxışında əylənmədə maşına nəzarəti itirib: С30-u sağa tərəf çəkib, maşın zərblə qoruyucu baryerə çırpılıb, bundan sonra yüksək sürətlə şikananın yanındakı təhlükəsizlik zonasını keçərək sağ yanı üstə yolu ikiyə bölən baryerə çırpılıb.

Qəza eynilə Petrovun cümə axşamı və Rosberqin bu səhər uğradıqları qəzanı xatırladıb, amma nəticəsi çox ağır olub, çünki idarə olunmayan maşın təhlükəsizlik baryeri ilə toqquşmadan qaça bilməyib. Bu baryer enerjiudan sntetik materialdan hazırlanmış xüsusi bloklardan ibarətdir və zərbəni yüngülləşdirməli idi.

Marşallar, həkimlər və yanğınsöndürənlər cəld hadisə yerində peyda olublar və telekameralardan qorunmaq üçün pərdə çəkiblər. Peresi əzilmiş maşından çıxarmaq heç də asan olmayıb, sürücünün evakuasiyası uzanıb, amma bir az əvvəl ilk məlumat yayılıb: Sky SportBBC telekanalları FİA-nın nümayəndələrinə istinadən xəbər yayıblar ki, meksikalı sürücü özünə gəlib və danışa bilir. Bir az sonra komandanın mətbuat xidməti də bu məlumatı təsdiq edib.

Hələlik başqa məlumat yoxdur, sürücü tibb mərkəzinə çatdırılıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*