V.Bottas bolidə güvənməyib

Mercedes komandasının sürücüsü Valtteri Bottas bolidin arxa tərəfinə güvənə bilmir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü İmoladakı sıralanma turunda 8-ci yeri tutub və poul qazanan komanda yoldaşı Həmiltona yarım saniyə uduzub.

Valtteri Bottas: “Sıralanma turuna yaxşı başladım və səkkizinci yeri heç vaxt gözləməzdim. Bu problem birinci sektorda yarandı və çox vaxt itirdim. Eyni hal son cəhdimdə də yaşandı. Bolidin arxa tərəfinə güvənə bilmədim. Bu həftə ilk dəfə idi ki, belə hal başıma gəlirdi. Bilmirəm nə oldu. Bunu təhlil edəcəyik. Çox məyusam.

Hər şey Bəhreyndən fərqli idi. Döngələrin girişlərində problem yaşadım. Daha əvvəl belə olmamışdım. Görək yarışda nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*