T.Volff Eddi Cordana sərt xəbərdarlıq göndərib

Mercedes Motorsport-un rəhbəri Toto Volff məşhur Formula1 jurnalisti Eddi Cordana sərt xəbərdarlıq göndərib.

F-1.az xatırladır ki, Eddi Cordan müsahibələrindən birində demişdi ki, Mercedes komanda olaraq Formula1-dən çəkiləcək və sadəcə mühərrik istehsalçısı kimi idmanda qalacaq. Bundan başqa sabiq komanda rəhbəri komandanın sponsorları Petronas və UBS-in mövsüm sonunda komandanı tərk edəcəyini də əlavə etmişdi.

Eddi Cordan Bakıda qeyd etmişdi ki, çinli bir iş adamı komandanı satın alacaq. Lakin Toto Volff məşhur jurnalisti sərt tənqid etmişdi: “Mən Eddiyə dedim ki, zarafata hazıram, amma bu zarafatın ucu gələcəyini düşünən 1500 işçimə dəyəcəksə, onda bu zarafatlara gülmərəm. Bir reportajımda da dedim. Bu, mənim üçün çox ciddi mövzudur. Formula1-dən ayrılmırıq. Sponsorlarımızdan heç biri də idmandan ayrılmır. Hamımız olduğumuz yerə görə xoşbəxtik. Eddi bu cür dedi-qodular çıxarmağı dayandırmalıdır. Dünyaya saxta xəbər yaymamalıdır”.

Lakin Cordan düşünür ki, Mercedes Formula1-ə qoyduğu pulu çıxara bilməsə, idmandan ayrılacaqlar: “Mən idmandan gedəcəklərini əsla söyləmədim. Sadəcə dedim ki, Mercedes bu idmana sevdiyi üçün yox, marketinq və texniki səbəblərə görə gəlib. Ən əlverişli vaxtda gedəcəklər. Doğru zaman barədə də heç nə deməmişəm. 2018-ci ildə UBS və Petronas-ın müqaviləsi bitir və mən bunu demişəm. Niyə əsəbləşdiyini çox yaxşı başa düşürəm. Buna görə narahat deyiləm. Amma vaxtı gələndə bunu yaşayacaqlar. O 1500 adamdan danışırsa, mən minlərlə səhmdardan danışıram.

Şirkət bir qərar verəcək. Hər yerdə olduğu kimi son qərarı yenə də idarə heyəti verəcək. Məncə, şirkət üçün ən əlverişli qərarı verəcəklər. Artıq sərmayələrinin xeyri olmayanda isə gedəcəklər. Komanda olaraq idmanı tərk edəcəklər. Mercedes necə gəldi? Toyota necə getdi? Mühərrik çıxarmağa davam edəcəklər. Orası dəqiqdir.

Mən bildiklərimi danışmaq üçün buradayam. Bunu etməyə davam edəcəm. Heç kim mənim səsimi kəsə bilməz. Əgər bir şey yanlışdırsa, bunu deməli və cavab verməlidirlər. Heç kimlə problemim yoxdur. Bütün komandaların qonaq otağına gedirəm. Əgər məni qonaq etmək istəmirlərsə, bunu mənə deməkləri bəs edər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*