Smolyar mövsümün sonuncu poulunu qazanıb

Monzada gənc sürücülərin Formula3 çempionatında mövsümün sonuncu mərhələsinin sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, sessiya başlayan kimi sürücülər trasa axışıblar – iki dövrə təkərləri qızdırdıqdan sonra sürətli dövrələr başlayıb. İlk cəhdlərdə mübarizə Ayzek Həcər və Roman Stanek arasında gedib, yekunda Trident komandasının çex sürücüsü protokolların ilk sətrində qərarlaşıb.

İkinci cəhdlər zamanı titula namizəd olan Hitech GP komandasının sürücüsü Həcər sonuncu döngədə qəzaya uğrayıb və mübarizəni başa vurub.

Sessiyanın sonuna 8 dəqiqə qalmış sürücülər son cəhdlərə çıxıblar – Stanekin nəticəsini əvvəlcə Aleksandr Smolyar, daha sonra Zeyn Məloni yaxşılaşdırıblar.

Yekunda Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının rusiyalı sürücüsü Smolyar Macarıstandan sonra mövsümdə ikinci poulunu qazanıb.

Əlcəzair əsilli fransalı sürücü Həcər hər iki yarışa 14-cü yerdən başlayacaq – ona görə də ART GP komandasından mövsümün lideri Viktor Martenin çempionluq şansı yüksəlib.

Sabah qısa (sprint) yarışda reversiv qaydaya görə pouldan MP MotorSport komandasının braziliyalı sürücü Kayo Kollet start alacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*