Sinqapur Qran Prisi: Yarış

Quru. Qaranlıq. Havanın temperaturu +29° C, trasın temperaturu +30° C Dünən Lyuis Həmilton növbəti inamlı poulunu qazanmışdı – mövsümdə 5-ci […]

Quru. Qaranlıq. Havanın temperaturu +29° C, trasın temperaturu +30° C

Dünən Lyuis Həmilton növbəti inamlı poulunu qazanmışdı – mövsümdə 5-ci və McLaren üçün ardıcıl 4-cü poul. Pastor Maldonado sürpriz edərək ikinci olmuşdu, ikinci cərgəni isə Sebastyan Fettel və Censon Batton qazanmışdılar. Çempionatın lideri Fernando Alonso isə yalnız 5-ci ola bilmişdi.

İki sürücü ötürmələr qutusunun dəyişdirilməsi üzündən startda 5 yer itirməklə cərimələnmişdi – Bruno Senna və Pedro de la Rosa.

Startdan əvvəl avtodromda keçən həftə dünyasını dəyişmiş Formula1-in əfsanəvi həkimi Sid Uotkinsin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hülkenberq, Peres, Vern, Kobayaşi, Qlok, Pik və de la Rosa starta Soft təkərlərlə çıxıblar, digər sürücülər isə SuperSoft təkərlərinə üstünlük veriblər.

Startda Həmilton poulun üstünlüyünü qoruyub, Fettel və Batton Maldonadonu üstələyiblər. Petrov insidentlə üzləşib və ön antiqanadı qırılıb, Massanın isə təkəri deşilib – hər iki sürücü boksa yollanıb. 2-ci dövrədə ilk onluq: Həmilton – Fettel – Batton – Maldonado – Alonso – di Resta – Uebber – Qrojan – Rosberq – Şumaher.

Həmilton Fetteldən uzaqlaşmağa başlayıb, Fettel isə öz nvöbəsində Battondan uzaqlaşıb, amma bir neçə dövrədən sonra Censon fərqi azaltmağa başlayıb.

7-ci dövrədə Uebber planlı pit-stoplar dalğasına start verib. 9-cu dövrədə Fettel və Senna pit-stopa yollanıblar. Trasa qayıdan Sebastyan dərhal Peresi keçib. 10-cu dövrədə Alonso, Şumaher və Rikkardo, 11-ci dövrədə Həmilton, di Resta, Rosberq və Vern, 12-ci dövrədə Maldonado və Rəykkönen, 13-cü dövrədə Batton, Qrojan və Kobayaşi yeni təkər dəst alıblar. Alonso hələ pit-stop keçirməmiş Peres və Hülkenberqi üstələyib – hər iki sürücü 17-ci dövrədə mexaniklərinin yanına yollanıblar. 19-cu dövrədə ilk onluq: Həmilton – Fettel – Batton – Maldonado – Alonso – di Resta – Uebber – Rosberq – Qrojan – Şumaher. İlk pit-stoplardan sonra Rosberq Qrojanı qabaqlayıb.

23-cü dövrədə yarışa liderlik edən Həmilton maşınını saxlamalı olub – britaniyalı sürücünün maşınında ötürmələr qutusu sıradan çıxıb. Liderliyi Fettel ələ alıb.

24-cü dövrədə Senna, 27-ci dövrədə Uebber, 28-ci dövrədə Alonso və Maldonado, 29-cu dövrədə Kobayaşi, 31-ci dövrədə Rəykkönen pit-stopa baş çəkiblər. Elə bu zaman Kartikeyan qəzaya uğrayıb, trasa Təhlükəsizlik Maşını çıxıb, sürücülər hamısı boksa tələsiblər. TM-in arxasında ilk onluq: Fettel – Batton – Alonso – di Resta – Hülkenberq – Uebber – Peres – Rosberq – Qrojan – Maldonado. Venesuelalı sürücünün mühəndisi maşında hidravlik problemlər barədə məlumat verib və Pastor maşını saxlamalı olub – Vern onluğa daxil olub.

38-ci dövrədə restart elan olunub, Fettel liderliyini qoruyub saxlayıb, Hülkenberq Uebberi qabaqlasa da, Mark mövqeyini geri qaytara bilib. 14-cü döngənin əylənmə sahəsində Şumaher Vernin maşınına arxadan çırpılıb – TM yenidən trasa qayıdıb: Uebber, Hülkenberq, Peres və Petrov boksa tələsiblər. TM-in arxasında ilk onluq: Fettel – Batton – Alonso – di Resta – Rosberq – Qrojan – Rəykkönen – Rikkardo – Senna – Massa.

Restartda Fettel liderliyini qoruyub, Massa Sennanı qabaqlayıb – müqavimət göstərən Bruno Felipenin maşınını sıxışdırıb. 45-ci dövrədə Massa Rikkardonu üstələyərək 8-ci yerə yüksəlib. Mühəndisin göstərişi ilə Roman komanda yoldaşını irəli buraxıb Peres və Hülkenberq toqquşublar, Uebber Kobayaşini keçib, fürsətdən istifadə etməyə çalışıan Hülkenberq bu dəfə Kobayaşi ilə toqquşub – hər iki sürücü boksa yollanıb. 50-ci dövrədə ilk onluq: Fettel – Batton – Alonso – di Resta – Rosberq – Rəykkönen – Qrojan – Massa – Rikkardo – Senna.

Uebber trasdan çıxmaqla Sennanı keçib və Rikkardo ilə mübarizəyə atılıb. Son dövrədə Peres Sennanı keçib və braziliyalı sürücü maşınını saxlamalı olub – Williams komandası üçün daha bir uğursuz yarış.

Sebastyan Fettel isə karyerasında 23-cü, mövsümdə isə 2-ci qələbəsini qazanıb. Censon Batton 2-ci, Fernando Alonso isə 3-cü olub. Pol di Resta karyerasının ən yaxşı nəticəsini göstərib.

İki həftədən sonra Suzukada komandalar mübarizəni davam etdirəcəklər.

Yer Pilot Komanda Motor Vaxt
01 S.Fettel Red Bull Renault 2.00:26.144
02 C.Batton McLaren Mercedes + 0:08.959
03 F.Alonso Ferrari Ferrari + 0:15.227
04 P.di Resta Force İndia Mercedes + 0:19.063
05 N.Rosberq Mercedes AMG Mercedes + 0:34.784
06 K.Rəykkönen Lotus Renault + 0:35.759
07 R.Qrojan Lotus Renault + 0:36.698
08 F.Massa Ferrari Ferrari + 0:42.829
09 D.Rikkardo Toro Rosso Ferrari + 0:45.820
10 S.Peres Sauber Ferrari + 0:50.619
11 M.Uebber (**) Red Bull Renault + 1:07.175
12 T.Qlok Marussia Cosworth + 1:31.918
13 K.Kobayaşi Sauber Ferrari + 1:37.141
14 N.Hülkenberq Force İndia Mercedes + 1:39.413
15 H.Kovalaynen Caterham Renault + 1:47.967
16 Ş.Pik (*) Marussia Cosworth + 2:12.925
17 P.de la Rosa HRT Cosworth + 1 dövrə
18 B.Senna Williams Renault + 2 dövrə
19 V.Petrov Caterham Renault + 2 dövrə
J.E.Vern Toro Rosso Ferrari
M.Şumaher Mercedes AMG Mercedes
P.Maldonado Williams Renault
N.Kartikeyan HRT Cosworth
L.Həmilton McLaren Mercedes

Sürətli dövrə: Niko Hülkenberq (Force İndia) – 1:51.033 (52-ci dövrə).

Qeyd: (*) – 3-cü sərbəst yürüşlərdə qırmızı bayraqlara məhəl qoymadığı üçün Şarl Pikin yekun nəticəsinə 20 saniyə əlacə olunub.

Qeyd: (**) – Trasdan çıxmaqla ötməyə görə Mark Uebberin yekun nəticəsinə 20 saniyə əlacə olunub.

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 F.Alonso Ferrari Ferrari 194
02 S.Fettel Red Bull Renault 165
03 K.Rəykkönen Lotus Renault 149
04 L.Həmilton McLaren Mercedes 142
05 M.Uebber Red Bull Renault 132
06 C.Batton McLaren Mercedes 119
07 N.Rosberq Mercedes AMG Mercedes 93
08 R.Qrojan Lotus Renault 82
09 S.Peres Sauber Ferrari 66
10 F.Massa Ferrari Ferrari 51
11 M.Şumaher Mercedes AMG Mercedes 43
12 K.Kobayaşi Sauber Ferrari 35
13 P.di Resta Force İndia Mercedes 44
14 N.Hülkenberq Force İndia Mercedes 31
15 P.Maldonado Williams Renault 29
16 B.Senna Williams Renault 25
17 J.E.Vern Toro Rosso Ferrari 8
18 D.Rikkardo Toro Rosso Ferrari 6
19 T.Qlok Marussia Cosworth 0
20 H.Kovalaynen Caterham Renault 0
21 V.Petrov Caterham Renault 0
22 J.D’Ambrozio Lotus Renault 0
23 Ş.Pik Marussia Cosworth 0
24 N.Kartikeyan HRT Cosworth 0
25 P.de la Rosa HRT Cosworth 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 297
02 McLaren Mercedes 261
03 Ferrari Ferrari 245
04 Lotus Renault 231
05 Mercedes AMG Mercedes 136
06 Sauber Ferrari 101
07 Force İndia Mercedes 75
08 Williams Renault 54
09 Toro Rosso Ferrari 14
10 Marussia Cosworth 0
11 Caterham Renault 0
12 HRT Cosworth 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sinqapur Qran Prisi: Yarış

Quru. Qaranlıq. Havanın temperaturu +31° C, trasın temperaturu +33° C Sinqapurda çox şey sıralanma turundan, startdan, yarış məsafəsində təkərdən istifadə […]

Quru. Qaranlıq. Havanın temperaturu +31° C, trasın temperaturu +33° C

Sinqapurda çox şey sıralanma turundan, startdan, yarış məsafəsində təkərdən istifadə strategiyasından və Təhlükəsizlik Maşınından asılıdır. Sərbəst yürüşlərdən sonra sürücülər arxa təkərlərin həddən çox qızamsından və tez yeyilməsindən narazı qalmışdılar, ona görə də şənbə günü bir çox sürücülər yarışa təzə təkər dəstləri saxlamağa çalışmışdılar.

Son nəticədə ilk onluğa beş komanda tam heyətlə düşmüşdü və hər bir komanda bir cərgəni tutmuşdu – birinci cərgəni isə ənənəvi olaraq Red Bull sürücüləri zəbt etmişdilər. Onların arxasından McLaren, Ferrari, Mercedes GP və Force İndia sürücüləri yarışa başlamalı idilər.

Startda Fettel poulun üstünlüyünü saxlayıb, Batton ikinci yerə yüksəlib, Uebber dördüncü, Həmilton isə səkkizinci yerə düşüb. Rikkardonun maşınında burun elementi sındığı üçün boksa getməli olub.

Həmilton 4-cü dövrədə Şumaheri, 5-ci dövrədə isə Rosberqi keçib, həmin anda Fettelin Batton üzərində üstünlüyü 7 saniyəyə çatıb.

10-cu dövrədə Rosberq boksa yönəlib, Uebber Alonsonu qabaqlayıb və üçüncü yerə yüksəlib, Fernando isə pit-stopa tələsib. 11-ci döngədə Şumaher, 12-ci dövrədə isə Massa və Həmilton təkərlərini dəyişiblər. Lyuis Felipeyə hücum edib, təmas baş verib, britaniyalı sürücünün ön antiqanadı sınıb, braziliyalı sürücünün isə arxa təkəri deşilib. Stüardlar Həmiltonu pit-leyndən keçməklə cərimələyiblər.

13-cü dövrədə Uebber, 14-cü dövrədə Fettel və Batton yeni təkər dəstlərinə keçiblər. Şumaher və Sutil təkərləri yeyilmiş Kobayaşini asanlıqla ötüblər.

23-cü dövrədə Rosberq ikinci pit-stoplar dalğasına start verib, onun ardınca Massa və Şumaher eyni addımı atıblar. 26-cı dövrədə mexaniklər Alonsonun maşınına qulluq ediblər.

28-ci dövrədə Mercedes GP komandasının sürücüləri Serxio Peresi təkləyiblər – Rosberq meksikalı sürücünü uğurla keçib, Şumaher isə Serxionun maşınına ilişib və baryerlərə çırpılıb. Təhlükəsizlik Maşını (TM) trasa çıxıb.

34-cü dövrədə restart verilib – Fettel liderliyini qoruyub, Uebber 10-cu döngədə Alonsonu qabaqlayıb, Həmilton Peresi, Sutili, Rosberqi və di Restanı keçərək beşinci yerə yüksəlib. Kobayaşi mavi bayraqlara məhəl qoymadığı üçün pit-leyndən keçməklə cərimə olunub.

42-ci dövrədə Massa pit-stopa gedib, 46-cı dövrədə Maldonado, 48-cidə Uebber, 49-cuda Batton və Həmilton, 50-cidə Fettel və Alonso sonuncu təkərdəyişmələrini ediblər. İlk beşlikdə yerdəyişmə baş verməyib, Fettel böyük üstünlüklə liderliyini davam etdirib.

Həmilton bir daha Peresi, Sutili, Rosberqi və di Restanı qabaqlayıb, Massa isə Barrikellonu keçərək ilk onluğa daxil olub.

60-cı dövrədə Algersuari qəzaya uğrayıb, amma yarışın direktoru TM-i bir daha trasa buraxmayıb, Massa sonuncu dövrədə Peresi keçərək 9-cu olub.

Sebastyan Fettel isə son dövrələrdə güclü trafikə düşməsinə, Censonun aradakı fərqi kəskin azaltmasına baxmayaraq, inamla mövsümdə 9-cu qələbəsini qazanıb – karyerasındakı qələbələrin sayı 19-a çatıb. Batton və Uebber podiuma qalxıblar – çempion titulunun müqədərratı Suzukaya qədər təxirə salınıb: iki həftədən sonra bizi daha bir maraqlı yarış gözləyir!

Yer Pilot Komanda Motor Vaxt
01 S.Fettel Red Bull Renault 1.59:06.537
02 C.Batton McLaren Mercedes + 0:01.737
03 M.Uebber Red Bull Renault + 0:29.279
04 F.Alonso Ferrari Ferrari + 0:55.449
05 L.Həmilton McLaren Mercedes + 1:07.766
06 P.di Resta Force İndia Mercedes + 1:51.067
07 N.Rosberq Mercedes GP Mercedes + 1 dövrə
08 A.Sutil Force İndia Mercedes + 1 dövrə
09 F.Massa Ferrari Ferrari + 1 dövrə
10 S.Peres Sauber Ferrari + 1 dövrə
11 P.Maldonado Williams Coswort + 1 dövrə
12 S.Buemi Toro Rosso Ferrari + 1 dövrə
13 R.Barrikello Williams Cosworth + 1 dövrə
14 K.Kobayaşi Sauber Ferrari + 2 dövrə
15 B.Senna Lotus Renault GP Renault + 2 dövrə
16 H.Kovalaynen Team Lotus Renault + 2 dövrə
17 V.Petrov Lotus Renault GP Renault + 2 dövrə
18 J.D’Ambrozio Marussia Virgin Cosworth + 2 dövrə
19 D.Rikkardo Hispania Cosworth + 4 dövrə
20 V.Liutsi Hispania Cosworth + 4 dövrə
21 X.Algersuari Toro Rosso Ferrari + 5 dövrə
Y.Trulli Team Lotus Renault
M.Şumaher Mercedes GP Mercedes
T.Qlok Marussia Virgin Cosworth

Sürətli dövrə: Censon Batton (McLaren) – 1:48.454 (54-cü dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 S.Fettel Red Bull Renault 309
02 C.Batton McLaren Mercedes 185
03 F.Alonso Ferrari Ferrari 184
04 M.Uebber Red Bull Renault 182
05 L.Həmilton McLaren Mercede 168
06 F.Massa Ferrari Ferrari 84
07 N.Rosberq Mercedes GP Mercedes 62
08 M.Şumaher Mercedes GP Mercedes 52
09 V.Petrov Lotus Renault GP Renault 34
10 N.Haydfeld Lotus Renault GP Renault 34
11 A.Sutil Force İndia Mercedes 28
12 K.Kobayaşi Sauber Ferrari 27
13 P.di Resta Force İndia Mercedes 20
14 X.Algersuari Toro Rosso Ferrari 16
15 S.Buemi Toro Rosso Ferrari 13
16 S.Peres Sauber Ferrari 9
17 R.Barrikello Williams Cosworth 4
18 B.Senna Lotus Renault GP Renault 2
19 P.Maldonado Williams Coswort 1
20 P.de la Rosa Sauber Ferrari 0
21 Y.Trulli Team Lotus Renault 0
22 H.Kovalaynen Team Lotus Renault 0
23 V.Liutsi Hispania Cosworth 0
24 J.D’Ambrozio Marussia Virgin Cosworth 0
25 T.Qlok Marussia Virgin Cosworth 0
26 N.Kartikeyan Hispania Cosworth 0
27 D.Rikkardo Hispania Cosworth 0
28 K.Çandhok Team Lotus Renault 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 491
02 McLaren Mercedes 353
03 Ferrari Ferrari 268
04 Mercedes GP Mercedes 114
05 Lotus Renault GP Renault 70
06 Force İndia Mercedes 48
07 Sauber Ferrari 36
08 Toro Rosso Ferrari 29
09 Williams Cosworth 5
10 Team Lotus Renault 0
11 Hispania Cosworth 0
12 Marussia Virgin Renault 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*