27 İyun 2019, Cümə axşamı - 00:36

S.Fettelə motor problemləri mane olub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:10 - 06 İyun, 2009

Red Bull sürücüləri bu gün Ədrian Nyuinin hazırladığı ikili diffuzorun yoxlanmasını davam etdiriblər. Bu element iki həftə əvvəl Monakoda debüt […]

Red Bull sürücüləri bu gün Ədrian Nyuinin hazırladığı ikili diffuzorun yoxlanmasını davam etdiriblər. Bu element iki həftə əvvəl Monakoda debüt etsə də, orda elementin effektliyi gözəgörünən deyildi, hər iki maşında vibrasiya əmələ gəlmişdi, Sebastyan Fettelin maşınında isə motor yanmışdı. Bu gün Fettel və Uebber sərbəst yürüşlərdə ilk onluğa düşə biliblər, amma alman sürücü trasda cəmi dörd dövrə vura bilib…

Sebastyan Fettel: “Nahardan sonra trasda sürətli döngə sonra mən maşında güclü vibrasiya hiss elədim və motoru söndürdüm – əvvəl biz bunun səbəbini bilmirdik, amma maşını boksa qaytardıqdan sonra mühəndislər motorda problemlər üzə çxıardılar. Səhər tras hazır deyildi, maşın trası tutmurdu, amma sonra mühəndislər sazlanmalara düzəlişlər etdilər və ikinci sessiya yaxşı başlanmışdı. İndi yalnız Markın topladığı məlumatın düzgün təhlilinə ümid edirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 229
Teqlər
Paylaş

logo