S.Fettel: “Yarış uzun və çətin alındı”

Silverstounda Sebastyan Fettel və Mark Uebber Red Bull üçün qələbə dublunu qazanıblar – mövsümdə ikinci və quru trasda birinci. Brawn […]

Silverstounda Sebastyan Fettel və Mark Uebber Red Bull üçün qələbə dublunu qazanıblar – mövsümdə ikinci və quru trasda birinci. Brawn GP sürücüləri də daxil olmaqla rəqibləri üzərində üstünlük hiss olunacaq dərəcədə olub – üçüncü yeri tutmuş Rubens Barrikellonu Fettel 40 saniyədən çox qabaqlayıb. Kəbardan qələbənin alman sürücüyə asan başa gəlməsi görünsə də, finişdən sonra mətbuat konfransında Sebastyan bununla razılaşmayıb…

Sebastyan Fettel: “Yarış uzun və çətin alındı, amma bu fantastik trasdır! Bizim hamımız Silverstounda çıxış etməkdən həzz alırıq. Burada daim diqqətli olmalısan, bu isə asan deyil. Startı qazanamq vacib idi, sonra ilk hissədə mən maşını maksimum qovurdum, rəqiblərimdən aralanmalı idim, bunu edə bildim. Maşın özünü əla aparırdı, mən aktiv hücum edə bilirdim, təkərlər də stabil işləyirdi, mən çox razıyam.

İkinci hissə çətin alındı, komanda məni xəbərdar etdi ki, ehtiyatlı olum. Trafik çox sıx idi, bir dövrə geri qalan maşınları bir-birinin ardınca keçirdim. Bütün bu maşınlar bir-biri ilə mübarizə aparırdılar və sən onlara çatanda onları keçmək çox çətin olur. Mən səbr etdim, mən başa düşürdüm ki, rəqiblərimi çox qabaqlayıram, amma mən bu fərqi görmürdüm, daim komandadan soruşurdum ki, işlərimiz necə gedir, hansı templə gedirəm.

Sonuncu pit-stopdan sonra tras boş idi və mən sadəcə finişə qədər qalan dövrələri sayırdım, Mark çox arxada qalmışdı, ona görə də sakitcə yarışa nəzarət edirdim. Son on dövrə isə çox sadə oldu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*