Rəsmən: Kubitsa Williams-dan ayrılır

Williams komandasının sürücüsü Robert Kubitsa ilin sonunda Formula1 karyerasını bitirəcək.

F-1.az xatırladır ki, polşalı sürücü 9 illik fasilədən sonra bu il Formula1-ə qayıtmış və gözlənilən performansı göstərə bilməmişdi. 34 yaşlı pilot bu il Williams-a yeganə xalını qazandırsa da, bütün sıralanma turlarında komanda yoldaşı Rasselə uduzub.

Robert Kubitsa: “Gələcəkdəki fürsətləri dəyərləndirmək üçün Williams-dan ayrılacam. Formula1-ə qayıtdıqdan sonra burada davamlı qalmaq istəyirəm. Hədəfim davam etmək olsa da, bunun üçün hər şeyimi sərf etməyəcəm. Yarışlardan həzz almağa çalışacam. Bu il çox əziyyət çəkməli oldum.

Uzun illərdən sonra Formula1-ə qayıtmaq asan deyil. Xüsusən də mənim kimi vəziyyətdə olarkən… Lakin füsət verdikləri üçün komandaya təşəkkür edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*