23 Mart 2019, Şənbə - 16:40

R.Kubitsa niyə 88-i seçib?

R.Kubitsa niyə 88-i seçib?

Müəllif: Rauf Hacıyev, redaktor

18:07 - 19 Dekabr, 2018

Gələn il Williams komandası ilə idmana qayıtmağa hazırlaşan Robert Kubitsa 88 nömrəsini niyə seçdiyini izah edib.

F-1.az xatırladır ki, polşalı sürücü 9 illik fasilədən sonra idmana qayıdır.

Robert Kubitsa: “88 nömrəsini seçmə səbəbim 8 rəqəminin favoritim olmasıdır. İki dənə 8 seçdim, çünki italyanların bir sözü var: “İki birdən yaxşıdır”. Bu nömrə ilə yarışmaq üçün səbirsizlənirəm”.

Qeyd edək ki, hazırda 8 nömrə ilə Haas komandasının sürücüsü Roman Qrojan yarışır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 241
Teqlər
Paylaş

logo