13 Noyabr 2019, Çərşənbə - 03:08

J.Vilnöv məhdudiyyətli Kubitsanın yarışmasına qarşıdır

J.Vilnöv məhdudiyyətli Kubitsanın yarışmasına qarşıdır

Müəllif: Rauf Hacıyev, redaktor

14:07 - 25 Mart, 2019

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Robert Kubitsanın 8 ildən sonra idmana qayıtması yaxşı hal deyil.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə ralli zamanı qəza edərək, sağ qolunu zədələmişdi və o zədənin təsiri hələ də davam edir.

Jak Vilnöv: “Təbii ki, Kubitsanın uzun illərdən sonra qayıtması inanılmaz uğurdur. Sevdiyiniz işi görürsünüzsə və bunu əlinizdən alırlarsa, darıxarsınız. Daha sonra onu yenidən əldə etmək üçün çox işləyərsiniz.

Orada qalmaq üçün əlindən gələni edəcək. Mən də eynisini edərdim. Belə şansı əldən vermək olmaz.

Amma onun qayıtması faciədir. İdman üçün yaxşı deyil. Keçən il bunu demişdim və fikrimi dəyişməyəcəm. Formula1 yarışların zirvəsi olmalıdır. Orada krallar yarışmalıdır. Buna görə də məhdudiyyətli bir adamın idmanda olması yaxşı deyil. Bəlkə başqa seriyalarda olar, ancaq Formula1-də yox. Formula1 əlçatmaz olmalıdır. Robertin qayıdışı doğru deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 292
Teqlər ,
Paylaş

logo