J.Vilnöv: “Şumaxer rəqiblərinə hörmət etmirdi”

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bir dövrlər mübarizə apardığı Mixael Şumaxerin rəqiblərinə hörmət etmədiyini deyib.

F-1.az xatırladır ki, iki sürücü 1997-ci ildə çempionluq uğrunda mübarizə aparmışdılar. Həmin ilin son yarışında Şumaxer bilərək Vilnövə vurub çempionluğunu elan etmək istəsə də, özü mübarizəni dayandırmış və kanadalı sürücü karyerasının ilk və tək titulunu qazanmışdı.

Jak Vilnöv: “Rəqiblərinə hörmət etmirdi. O, idmanda yeni dövr başlattı. İndi hamı onunkimi davranır. Formula2 və Formula3-ə baxıram. Hər il 2-3 nəfərin ölməməsi mənə qəribə gəlir. Formula1-də hamı belədir. Trayektoriya dəyişirlər. Belə şeylər olmamalıdır.

Lyuis mükəmməldir. O, indiyə qədər həddini aşan hərəkət etməyib. O, trasda çox alicənab adam olur. Sürətli və təmiz sürən pilotdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*