Williams Sirotkini transfer edib?

Britaniya mətbuatı xəbər verir ki, Williams komandası Serqey Sirotkinlə 2019-cu ilin sonuna qədər müqavilə bağlayıb.

F-1.az xatırladır ki, Massa komandadan ayrıldıqdan sonra Britaniya təmsilçisi Kubitsa, Sirotkin və Kvyat ilə danışıqlara başlamışdı. Buna görə də Formula1-in ən titullu ikinci komandası Əbu Dabidəki təkər testlərində Kubitsa ilə Sirotkini sınamışdı. Amma hər iki sürücünün performansını dəyərləndirən komanda gənc rusiyalı Sirotkini komandaya gətirmək qərarını verib.

Qeyd edək ki, Serqey SMP-nin dəstəyi ilə yarışır və rusiyalı şirkət Williams komandasına 20 milyon dollar sponsorluq paketi təklif etmişdi. Artıq çıxan xəbərlərə əsasən, tərəflər arasında müqavilə bağlanıb. Sirotkin Williams komandası ilə bir ili opsiyonlu olmaqla ikiillik müqavilə bağlayıb. Rəsmi açıqlamanın gələn həftə verilməsi gözlənilir. Williams bu müqavilədən sonra peletonun ən təcrübəsiz ikinci sürücü heyətinə sahib olacaq. Ən təcrübəsiz sürücü heyəti isə Brendon Hartli və Pyer Qasli ilə yarışmaq qərarı alan Toro Rosso komandasındadır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*