12 Dekabr 2018, Çərşənbə - 09:15

Williams maliyyə göstəricilərindən razıdır

Williams maliyyə göstəricilərindən razıdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:11 - 12 Aprel, 2016

Williams Grand Prix Holdings Şirkətlər Qrupu uğurlu maliyyə göstəricələri barədə elan yayıb – 2015-ci ildə şirkətin gəlirləri 12.6 milyon funt sterlinqə çatıb…

F-1.az xatırladır ki, 2014-cü ildə şirkətin gəliri 90.2 milyon funt olmuşdu. Əlbəttə, gəlirlərin artması Formula1 komandasının son iki ildə Mühəndislər Kubokunda daha yüksək nəticələr göstərməsi ilə bağlıdır…

Mayk O’Driskoll, baş direktor: “2015-ci ilin maliyyə göstəriciləri ciddi tərəqqidən, dövriyyənin və gəlirlərin artmasından xəbər verir. Son iki ild biz biznesimizi tam yenidən qurmuşuq, ona görə də ciddi inkişafa nail olmuşuq – bizim idmana xarakterik olan yüksək xərclərə baxmayaraq, trasdakı nəticələrimiz gəlirlərimizi artırıb.

Keçən ili bizim komanda ardıcıl olaraq ikinci dəfə 3-cü yerdə baaş vurdu, bu isə rəqabətədavamlılığımızın göstəricisidir. Bu yerə görə çempionat tərəfindən bizə ödənilən məbləğin artması ilə yanaşı, bizim sponsor paketimiz də xeyli ağırlaşıb – Unilever, Avanade, BT və Hackett kimi dünya şöhrətli brendlər indi Williams Martini Racing komandasına qoşulublar. Maliyyə rəqəmləri əsas verir ki, biz gələcək kommersiya idman layihələrimiz üçün əsaslı baza quraq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 305
Teqlər , , , , , ,
Paylaş

logo