S.Fettel və Red Bull Laureus Award-a nominantdırlar

Sebastyan Fettel və Red Bull komandası keçən ilin yekunlarına görə təqdim olunan nüfuzlu Laureus World Sports Awards idman mükafatının nominantları […]

Sebastyan Fettel və Red Bull komandası keçən ilin yekunlarına görə təqdim olunan nüfuzlu Laureus World Sports Awards idman mükafatının nominantları siyahısına qatılıblar.

İlin ən yaxşı idmançısı tituluna digər namizədlərdən tennsiçi Rafael Nadalı, boksçu Emmanuel Pakyanı, basketbolçu Kobi Brayantı, futbolçular Andres İnyesta və Lionel Messini qeyd etmək olar.

Keçən il Censon Batton və Brawn GP “İlin sıçrayışı” nominasiyasında qalib gəlmişdilər, bir il əvvəl olduğu kimi qaliblərin adları bu dəfə də Abu Dabidə fevralın 7-də elan olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*