S.Fettel və Red Bull FİA-nın mükafatlarını alıblar

Dünən gecədən xeyli keçmiş Monakoda 2010-cu ildə FİA-nın keçirdiyi çempionatların qaliblərinin və mükafatçılarının rəsmi təltifolunma mərasimi başa çatıb. Formula1 tarixində […]

Dünən gecədən xeyli keçmiş Monakoda 2010-cu ildə FİA-nın keçirdiyi çempionatların qaliblərinin və mükafatçılarının rəsmi təltifolunma mərasimi başa çatıb. Formula1 tarixində ən gənc dünya çempionu Sebastyan Fettelə Kuboku federasiyanın prezidenti Jan Todt təqdim edib.

Formula One Management-in (FOM) icarçı direktoru Berni Ekklstoun Mühəndislər Kubokunu Red Bull komandasının başçısı Kristian Hornerə təqdim edib, Fernando Alonso (Ferrari) və Mark Uebber (Red Bull) də uyğun olaraq ikinci və üçüncü yerlərə görə mükafatlarını alıblar.

Sebastyan Fettel: “Çox maraqlı gecədir, həm mənim üçün, həm də Red Bull komandası üçün. Mən çox həyəcanlıyam, axı mən hələ uşaqlıqdan çempion kubokunu almağı arzulayırdım. Heç inana bilmirəm ki, mən çempion olmuşuq, bizim yüksəliş və enişlərlə yaddaqalan fantastik mövsümdə qələbə qazanmışam. Amma biz komandaya, maşına inamımızı itirmirdik və hər yarışdan sadəcə ləzzət alırdıq.

Mən bütün Red Bull kollektivinə və Renault motorçularına təşəkkür etmək istəyirəm. Məhz onların gərgin əməyi nəticəsində RB6 belə sürətli alınmışdı. Mən bu uğurumla fəxr edirəm, bu bizim hamımızın uğurudur.”

Red Bull komandası üçün mövsüm xüsusilə yaddaqalan alınlb – komanda mövsümün gedişində 15 poul, 9 qələbə qazanıb və 6 sürətli dövrəyə imza atıb…

Kristian Horner: “Red Bull üçün mövsüm çətin oldu, amma inanılmaz dərəcədə uğurla başa çatdı. Bu gün bizə təqdim olunan Mühəndislər Kuboku fantastik mövsümün ideal sonudur. Mən Sebastyan və Marka bizim ümumi işə sədaqətlərinə görə minnətdaram. Sebastyan həqiqətən ən gənc dünya çempionudur: o bu adı trasda qazanıb və komanda bununla fəxr edir.

Mark da bu il əla çalışıb, o dörd qələbə qazanıb və mövsümü ümumlikdə əla keçirib. Hər iki sürücümüz yüksək peşəkardırlar və biz şadıq ki, onlar bizim komandada çıxış edirlər. Mən bütün kollektivə təşəkkür edirəm, xüsusən də Ditirx Mateşiçə – o bu il bizə inandı və sonadək dəstəklədi.”

Digər yarış seriyalarının qaliblərinə də kuboklar təqdim olunub: Sebastyen Löb – ralli üzrə dünya çempionatında yeddinci ardıcıl qələbəsini qazanıb. İvan Müller WTCC-də ikinci dəfə çempion olub, Mikael Bartels və Andrea Bertolini isə ilk GT1 çempionunun qalibləri olublar.

Bundan başqa Monakoda çempionatı işıqlandıran ən yaxşı promouter və ən yaxşı teleşirkətə də xüsusi mükafatlar verilib. İlk Koreya Qran Prisinin təşkilatçıları ən yaxşı promouter adına layiq görülüblər…

Yunq Ço Çanq, Koreya avtoidman assosiasiyasının nümayəndəsi: Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən ilk Koreya Qran Prisinin vaxtında keçirilməsi üçün çalışan hər bir kəsə minnətdarlıq edirəm. Gələn il yarışın daha uğurlu keçməsi üçün əlimizdən gələni edəcəyik…”

Teleşirkətlərin reytinqində isə Abu Dhabi Media Company şirkəti milli Qran Prinin işıqlandırılmasına görə xüsusi mükafata layiq görülüb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*