Çempionatda iştirak etmək istəyənlərin sayı artıb?

Britaniyanın Autosport qəzetinin yaydığı xəbərə görə, gələn il çempionatda iştirak etməyənlərin siyahısına yeni adlar əlavə olunub, son anadək bu adlar […]

Britaniyanın Autosport qəzetinin yaydığı xəbərə görə, gələn il çempionatda iştirak etməyənlərin siyahısına yeni adlar əlavə olunub, son anadək bu adlar geniş kütləyə məlum deyildi. Melburnda starta çıxmaq niyyətində olmasını bildirənlər: sportkarların yarışında iştirak edən İspaniyanın Epsilon Euskadi komandası, GT və turinq sinifli yarışlar üçün, həmçinin ralli maşınları maşın istehsal edən Britaniyanln Ray Mallock Limited şirkəti, GP2 çempionatında iştirak edən Campos Racing komandası. Bundan başqa 1995-ci ildə müflis olmuş Simtec komandasının keçmiş başçısı, daha sonra Benetton-da baş konstruktor işləmiş Nik Uirt çempionata yeni layihə ilə qayıtmaq istəyir.

Bütün bu adlar dünən Fransanın Ali Məhkəməsində Ferrari-nin FİA-ya qarşı qaldırdığı iddianın araşdırılması zamanı üzə çıxıblar. Federasiyanın nümayəndəsi məhkəmədə çıxış edərkən belə bir arqument gətirib ki, əgər FİA büdcənin 40 milyon funt səviyyəsində məhdudlaşdırılması qaydasını dəyişərsə, bu çempionata gəlmək arzusunda olan komandaların planlarını pozacaq. Autosport-un məlumatında görə, məhkəməyə yeni komandaların məktubları təqdim olunub, məktublarda isə mübahisəli vəziyyətin uzanmasından nigaranlıq bildirilib ki, komandalar planlarından əl çəkə bilərlər.

Deməli, gələn ilin çempionatında iştirak etmək istəyən komandaların tam siyahısı aşağıdakı kimi olacaq: Lola, USF1, Wirth Research, Epsilon Euskadi, RML, Formtech, Campos Racing və iSport. Formula1-də iştirak etmək arzusunda olan daha iki komanda var: Britaniyanın Formula3 çempionatının iştirakçısı Litespeed komandası və məşhur Prodrive şirkəti. Hərçənd, Prodrive-ın başçısı Dəvid Riçards bu günlərdə bildirib ki, gələn ilin reqlamenti ətrafındakı qeyri-müəyyənlik onun planlarını dəyişə bilər. Bundan əlavə keçən həftə Berni Ekklstoun USF1 layihəsindən fərqli daha bir Amerika layihəsinin olduğunu da söyləmişdi.

Keçən həftə Maks Mosli söyləmişdi ki, FİA büdcənin məhdudlaşdırılması məsələsində kompromisə getmək istəmir, çünki bu məsələdən Formula1-ə yeni komandaların gəlməsi asılıdır…

Maks Mosli: “Əgər biz gözləməyə davam etsək, onda yeni komandalar gəlməyəcək, çünki onlar üçün çempionata gəlmək barədə qərar qəbul etmək gec olacaq. Məncə, FOTA üzvləri məhz buna ümid edirlər və vaxtı uzadırlar. Hesab edirəm ki, gələn il çempionatda iştirak etmək arzusunda olan 10-dan çox layihədən yeddisi ciddi layihələrdir…”

Əgər bu gün nahardan sonra Fransa Məhkəməsi Ferrari-nin tərəfini tutarsa, onda FİA-nın gələn ilin reqlamentinə etdiyi dəyişikliklər, o cümlədən ərizələrin verilməsinin son tarixi (29 may) qeyri-qanuni hesab olunacaq. Uduzan tərəfin FİA və ya Ferrari olmasından asılı olmayaraq, məhkəmənin qərarının Apelyasiya Məhkəməsinə verilməsi gözlənilir, bununla avtoistehsalçılar daha bir müddət qazanacaqlar, həmin müddət ərzində FOTA özünün alternativ təkliflərini hazırlaya bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*