X.P.Montoya: “Kubitsa xəbərlərini zarafat bilirdim”

Sabiq Formula1 sürücüsü Xuan Pablo Montoya bildirib ki, Robert Kubitsa əvvəlki kimi güclü olmayacaq.

F-1.az xatırladır ki, Williams komandası polşalı sürücüyə Əbu Dabidə test etmək imkanı verib və testin nəticəsinə əsasən 33 yaşlı sürücünün transfer məsələsinə baxacaqlar.

Xuan Pablo Montoya: “Bu xəbərlərin zarafat olduğunu düşünürdüm. İnanmıram ki, Robert yarışlara 100 faiz hazır olsun. İndi bolidlər çox sürətlidirlər. Bu təzyiqə tab gətirmək asan olmayacaq. Kubitsa yarışdığı dövrlərdə çox güclü idi və qayıdandan sonra eyni formada olarmı, bilmirəm. Yenə də bu onun qərarıdır və hörmət etməliyik. Onu yaxından izləyəcəm. İdmana qayıtdıqdan sonra necə performans göstərəcəyi mənə maraqlıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*