25 Avqust 2019, Bazar - 06:39

P.Verlyayn: “Şokda idim” (video)

P.Verlyayn: “Şokda idim” (video)

Müəllif: Elçin Zodorov, redaktor

15:16 - 22 Yanvar, 2017

Avtoidman heç də təhlükəsiz deyil – bu, özünü növbəti dəfə Mayamidə keçirilən Çempionlar Yarışında göstərib.

F-1.az xəbər vermişdi ki, dünən gecə Mayamidə Çempionlar Yarışı (Race of Champions) keçirilib və Xuan Pablo Montoya ilk dəfə qatıldığı yarışın qalibi olub. Lakin yarışın ilk günü təkcə bununla yox, həm də Formula1 pilotu Paskal Verlyaynın qəzası ilə yadda qalıb.

Çempionlar yarışında bu il ilk dəfə 3 təkərli, yüngül konstruksiyalı və 2.4 litrlik 173 at qüvvəli motoru olan  Polaris Slingshot markalı nəqliyyat vasitələrindən də istifadə olunub. Paskal Verlyayn və Felipe Massa arasında ilk mərhələdə baş tutan mübarizədə sürücülər məhz bu maşınlardan istifadə ediblər. Növbəti mərhələyə çıxmaq üçün mütləq qalib gəlməli olan hər iki sürücü gərgin mübarizə aparıb və bu, qəza ilə nəticələnib. Sonuncu düzlükdə Massa ilə toqquşan Verlyaynın maşını havaya qalxıb və fırlanaraq təhlükəsizlik zonasına düşüb. Xoşbəxtlikdən, qəzada xəsarət alan olmayıb. Lakin Paskal maşının təmir işlərinin çox vaxt aparacağından, mübarizəni dayandırmalı olub.

Paskal Verlyayn: “Mənə elə gəlir ki, düzlüyün sonunda maşınlarımızın təkərləri toqquşdu. Əsas odur ki, bizdə hər şey qaydasındadır. Əlbəttə, şoka düşdüm. Maşın əvvəlcə yolu iki yerə bölən baryerlə, sonra da Massanın maşını ilə toqquşdu. Ola bilsin ki, həmin anda Felipeyə baxırdım. Sürətimiz çox deyildi”.

Qeyd edək ki, bu gecə Mayamidə turnir çərçivəsində “Millətlər Kuboku”nun qalibi müəyyənləşəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 552
Teqlər , , , , ,
Paylaş

logo