F.Massa: Ferrari tələsməməlidir

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Ferrari birinci və ikinci sürücü seçməkdə tələsməməlidir.

F-1.az xatırladır ki, Silverstoun yarışında Ferrari iki sürücüsünə bərabər davranıb. Hətta onlar Saynsın lehinə ola strategiya seçiblər. Beləliklə, ispaniyalı sürücü karyerasında ilk qələbəsini əldə edib.

Növbəti yarış Avstriyada isə Sayns motor problemi yaşayaraq, mübarizəni dayandırıb, Lekler isə mövsümdə üçüncü qələbəsinə sevinib.

Felipe Massa: “2006-cı ildə komandaya gələndə kimin birinci, kimin ikinci pilot olduğu məlum idi. Daha sonra komandaya Kimi gəldi və qərara gəldik ki, Spa-ya qədər mübarizə aparaq. Ondan sonra kim öndə olsa, komanda ona işləsin.

Ferrari-də hazırda işlərin necə olduğunu bilmirəm, amma onlar əsas etibarlılıq problemlərini həll etməlidirlər. Ondan sonra birinci pilotlarını seçərlər. Sonrakı yarışda Lekler mübarizəni dayandıra, Sayns da yarışı qazana bilər. Rollara qərar verməyə tələsmək lazım deyil”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*