FİA Ferrari-ni araşdırır

Buna səbəb Ferrari-nin keçən həftə baş tutan Pirelli-nin gələn il üçün olan təkər testində yeni altlıqdan istifadə etməsi iddiasıdır.

F-1.az bildirir ki, bu dəyişiklik testlərdən çəkilən şəkillərdə öz əksini tapıb. Şarl Lekler nahara qədər işləyib, sonra isə onu Karlos Sayns əvəz edib. Hər iki halda maşının konfiqurasiyası fərqli olub. Qaydalara görə, bu testlərdə iştirak edən komandalar heç bir yeniliyi sınaqdan keçirə bilməzlər.

İtaliya mətbuatının xəbərinə görə, bu barədə iki komanda FİA-ya müraciət edib ki, onlardan biri McLaren-dir. Onları maraqlandıran sual bu altlığın əvvəl istifadə olunub-olunmamasıdır. Əgər o tamamilə yenidirsə, Ferrari-ni qaydaları pozmaqda ittiham etmək olar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*