S.Fettel və D.Kulthard xizək yarışında iştirak edəcəklər

Qarşıdakı bazar günü Avstriyanın Kitsbyule dağlıq kurortunda dağ xizəyi üzrə Dünya Kubokunun növbəti mərhələsi keçiriləcək, bu turnirin çərçivəsində isə ənənəvi […]

Qarşıdakı bazar günü Avstriyanın Kitsbyule dağlıq kurortunda dağ xizəyi üzrə Dünya Kubokunun növbəti mərhələsi keçiriləcək, bu turnirin çərçivəsində isə ənənəvi Kitz Charity Trophy xeyriyyə tədbiri baş tutmalıdır. Bu tədbirdə avtoidmanın bir çox ulduzları iştirak edəcəklər, Formula1-in sonuncu dünya çempionu Sebastyan Fettel və keçmiş sürücüsü Dəvid Kulthard, DTM-in ikiqat çempionu Timo Şayder də iştirakçılar arasındadırlar.

Keçən əsrin sonlarında bu tədbirin tşkilatçılarından biri yerli sürücü Gerhard Berger idi, bu dəfə isə tədbirə Berni Ekklstoununda qatılması gözlənilir. Berni adəti üzrə marşrutun sonunda qamalı bayrağı yelləməlidir. Qeyd edək ki, keçən il Kitz Charity Trophy xeyriyyə tədbiri 150 min Avro vəsait toplamışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*