S.Fettel: “Qələbəni startda əldən verdim”

Şənbə günü sıralanma turunda Mark Uebber komanda yoldaşı Sebastyan Fettelə uduzsa da, yarışda bunun əvəzini çıxıb – startda alman sürücü […]

Şənbə günü sıralanma turunda Mark Uebber komanda yoldaşı Sebastyan Fettelə uduzsa da, yarışda bunun əvəzini çıxıb – startda alman sürücü həm Rubens Barrikellonu, həm də Felipe Massanı irəli buraxıb. Bütün yarışı daha yavaş olan Felipenin arxasında keçirən Sebastyan ən azı podiumu əldən verib…

Sebastyan Fettel: “Mən yaxşı start ala bilmədim: soldan Rubens Barrikello, sağdan isə Felipe Massa məni keçdilər, mən birinci döngəyə dördüncü girdim. Bütün yarışı məndən yavaş olan Massanın arxasında ilişib qaldım, bu mənim bütün taktikamı pozdu, əgər ilk pit-stopa kimi onu keçə bilsəydim yarışda qələbə qazanardım, ikinci pit-stopa kimi keçə bilsəydim podiuma qalxa bilərdim. Amma mən onu keçə bilmədim, o çox yaxşı müdafiə olunurdu və heç bir səhvə yol vermədi.

Əlbəttə, mən çox məyus oldum, axı bu gün maşın çox sürətli idi. Amma mən və Mark komanda üçün vacib xallar qazana bildik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*