E.Bulye: “Mən sürücülərə yarışmağı qadağan edə bilmərəm”

Xeres testlərində Lotus Renault GP komandasının başçısı Erik Bulye etiraf edib ki, Robert Kubitsanın qəzası onun rəyini dəyişməyib: fransalı mütəxəssisin […]

Xeres testlərində Lotus Renault GP komandasının başçısı Erik Bulye etiraf edib ki, Robert Kubitsanın qəzası onun rəyini dəyişməyib: fransalı mütəxəssisin fikrincə, komandanın sürücüləri başqa yarışlarda da iştirak edə bilərlər…

Erik Bulye: “Məni bağışlayın, amma mənim mövqeyim dəyişməz qalır. Mən özüm yarış dünyasının adamıyam və Roberti 5-6 ildir tanıyıram. O, əsil sürücüdür. Bilirsiniz, əgər bəbiri qəfəsə salsanız, o sadəcə ağlını itirəcək. Bəs onda niyə bunu edirsiniz? O, kartinqi də, rallini də, Formula1-i də sevir.”

Eyni zamanda Erik etiraf edib ki, onun bu mövqeyi kiminsə xoşun agəlməyə bilər, çünki Robert Kubitsaya rallidə iştirak etməyə icazə verildiyi üçün polşalı sürücü qəzaya uğrayb və komandanı yeni mövsüm ərəfəsində çətin vəziyyətə qoyub.

Erik Bulye: “Bu barədə hər bir kəsin şəxsi mövqeyi ola bilər. Amma son nəticədə biz hamımız sürücüyə yaxşı olan mövqeyə gələcəyik. Bəli, vəziyyət elə alındı ki, Robert xəstəxanaya düşdü, amma həmin döngəyə girənə qədər o, dünyanın ən xoşbəxti idi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*