İtaliya mətbuatına yeni Ferrari-nin təfərrüatları düşüb

Bugünkü Gazzetta Sportiva-da məşhur texniki rəssam Corcio Piolanın yanvarın sonunda jurnalistlərə təqdim olunacaq yeni Ferrari-nin rəsmi dərc edilib, britaniyalı ekspert […]

Bugünkü Gazzetta Sportiva-da məşhur texniki rəssam Corcio Piolanın yanvarın sonunda jurnalistlərə təqdim olunacaq yeni Ferrari-nin rəsmi dərc edilib, britaniyalı ekspert və şərhçi Ceyms Allen isə bu rəsmi təhlil edib…

Ceyms Allen: “Piolanın çəkdiyi rəsmə görə, yeni Ferrari çox aqresiv görünür. Piola heç də həmişə haqlı olmur, amma onun qırxillik təcrübəsi və Ferrari ilə sıx əlaqələri məlumatın mötəbər olmasından xəbər verir.

Piola hesab edir ki, yeni Ferrari-nin konstruksiyasında bir çox yeniliklər keçənilki Red Bull-dan götürülüb – keçən ilin ən səmərəli aerodinamik maşınından. Kokpit F60-a nisbətən yuxarı qalxıb, burun elementi aşağıya doğru kəsilib, hətta diffuzorun konstruksiyası da RB5-dən götürülüb.

Yeni qaydalara adaptasiya üçün yanacaq bakının həcmi 240 litrə çatdırılıb, təkər bazası 15 santimetr uzadılıb. Minimal çəkinin 620 kq-a qaldırılmasını və yeni yanacaq bakını nəzərə alsaq, startda yeni maşın keçənilkindən 30% (185 kq) ağır olacaq – bu isə Bəhreyn və Monreal kimi traslarda əyləcərin işini çətinləşdirəcək.

Bu il qaabq təkərlərin eni də azalaacq, bir tərəfdən, ağırlıq mərkəzi arxaya keçəcək, digər tərəfdən, aerodinamika üçün çox vacib olan qabaq təkərlə kokpit arasındakı məsafə artacaq. Təkər qapaqları da qadağan olunacaq.

Yanacaq bakı böyüdüyü üçün yağ radiatoru motorun qarşısında deyil, arxasında yerləşdirilib…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*