Renault mühərriyi McLaren-ə yerləşdirilib

McLaren komandasının idman direktoru Erik Bullye bildirib ki, Renault-nun güc qurğusunu 2018-ci ilin bolidinə yerləşdiriblər və bütün sistemlər əla işləyir.

F-1.az xatırladır ki, McLaren komandası Renault mühərriklərinə keçməyə çox gec qərar vermişdi.

Erik Bulye: “Çox yaxşı getdi. Bəlkə, iki həftə geriyə düşdük, amma çox kiçik və kompensəsi olan şeydir. Yeni mühərriyi yerləşdirmək Honda-dan çətin olmadı. Renault müxtəlif komandalarla işləməyə öyrəşib və buna görə də belə hallarla çox üzləşiblər. Bu gün iş bitdi. Mühərrik və şassi dizaynı bir-birinə uyğunlaşdı. İndi isə bolidin performansı üzərində işləyə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*