P.Hed: “Hər şeyi tərsinə edirlər”

Sabiq Formula1 konstruktoru Patrik Hed bildirib ki, 2017-ci ildəki dəyişikliklərdən sonra peletonda sıralanma yenə eyni olaraq qalacaq.

F-1.az xatırladır ki, yeni mövsümdə təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsi çoxalacaq. Komandalar yeni reqlamentə uyğunlaşmaq üçün uzun müddətdir ki, işləyirlər və buna görə üstünlük qazanmaq niyyətindədirlər.

Hed bildirib ki, azarkeşlər yeni reqlamentdən sonra hər yarış fərqli qalib görmək istəsələr də, buna görə məyus ola bilərlər: “Əgər insanlar yeni qaydaların rəqabəti artıracağını düşünürlərsə, yanılırlar. Bu cür böyük dəyişikliklərdən sonra böyük komandalar fərqi bir az da artırırlar. Bu normaldır, çünki onların resursları daha çoxdur və bundan istədikləri kimi istifadə edirlər. Əgər sizin 750, Force İndia-nın 300 işçisi varsa, təbii ki, siz mövsümə daha yaxşı başlayacaqsınız. Bu dəyişikliklərin əsas məqsədi idmanı daha maraqlı etməkdir. Yeni bolidlərə görə buna qismən nail ola bilərlər. DRS olmadan ötmələri artırmaq istəyirlərsə, asfaltayatma qüvvəsini azaltmalıdırlar. Amma hazırda tərsinə işləyirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*