25 May 2019, Şənbə - 07:12

N.Rosberq Philips Brazil-in aksiyasında iştirak edir

N.Rosberq Philips Brazil-in aksiyasında iştirak edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:56 - 08 Oktyabr, 2009

Philips şirkətinin Braziliya şöbəsi maraqlı marketinq aksiyası hazırlayıb. Deyilənlərə görə, Niko Rosberq şlemini itirib və azarkeşlərinə kömək üçün müraciət edib… […]

Philips şirkətinin Braziliya şöbəsi maraqlı marketinq aksiyası hazırlayıb. Deyilənlərə görə, Niko Rosberq şlemini itirib və azarkeşlərinə kömək üçün müraciət edib…

Rosberqin Twitter-i:

“…deyəsən, mən öz şlemimi otelin holunda unutmuşam. Bəlkə Williams-dan kimsə mənimlə zarafat edir?

…tapa bilmirəm! Gəlin, mənə kömək edin, axı siz bilirsiziniz ki, o mənə necə vacib lazımdır. Mən onsuz yarışa bilmirəm!

…mən Williams-da, Phillips-da, hətta oteldə də hamıdan soruşmuşam, amma heş kim şlemin yerini bilmir…

…deyəsən, o sadəcə yoxa çıxıb…

…şlemi tapanı Braziliya Qran Prisinə biletlər gözləyir. Özü də paddoka buraxılmaqla!

…mən özümün braziliyalı azarkeşlərimə arxayın ola bilərəmmi? Bu şlem mənə çox lazımdır. Getdim yatmağa…

Bir dəqər sonra Youtube-da sürücünün müraciəti yerləşdirilib…

Niko Rosberq: “Salam, mən Niko Rosberq, AT&T Williams komandasının sürücüsüyəm. Siz yəqin bilirsiniz ki, Yaponiyadan gəldikdən sonra başa düşdüm ki, şlemimi itirmişəm. Mən çox məyus olmuşam. Bu şlem mənə çox əzizdir – bu şlemlə mən mövsümdə iki dəfə dördüncü olmuşam, onu çox qaytarmaq istəyirəm.

Əgər mənə kömək edə bilsəniz və ya bilirsinizsə, kimi onu tapıb – xahiş edirəm, mənə Twitter-də xəbər verin. Mükafat olaraq Braziliya Qran Prisinə biletlər, özü də paddoka buraxılmaqla verəcəm.”

Follow the helmet” aksiyası – Philips Brazil-in reklam kampaniyasıdır, məhz bu şirkətin loqotipləri Twitter bloqunu və Youtube videçarxını bəzəyir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 195
Teqlər
Paylaş

logo