R.Barrikello: “Uik-end qələbə ilə qurtara bilərdi”

Brawn GP komandası Barselonada da sürət və taktika üstünlüyünü nümayiş etdirməkdə davam edib – Censon Batton və Rubens Barrikello komandaya […]

Brawn GP komandası Barselonada da sürət və taktika üstünlüyünü nümayiş etdirməkdə davam edib – Censon Batton və Rubens Barrikello komandaya mövsümdə ikinci dublu qazandırıblar. Startda komanda yoldaşını qabaqlayan Rubens əvvəldən planlaşdırıldığı kimi yarışı 3 pit-stopla keçirib, amam Censon sonrada taktikasını dəyişdiyi üçün finişdə onu qabaqlayıb. Braziliyalı sürücü mövsümdə ikinci podiumunu qazansa da bu nəticə onu məyus edib…

Rubens Barrikello: “Yarış əla başladı, mən yaxşı start aldım, Sebastyan Fetteli dərhal keçdim, ilk döngəyə isə Censonun qarşısında girdim və ilk pit-stopa kimi yarışa liderlik etdim. İlk hissədə maşın əla işləyirdi, mən pitdən sonra trasa Niko Rosberqin qarşısında qayıtdım, bu məni qane edirdi.

Amma mən öyrəndim ki, Censonun taktikasını dəyişiblər və aydın oldu ki, mən tam gücümlə hücum etməliyəm. Amma növbəti təkər dəsti uğursuz oldu və mən kifayət qədər sürətli ola bilmədim ki, komanda yoldaşımı qabaqlayım. Onun üçün və komanda üçün əla nəticədir, amma mən məyus olmuşam, çünki uik-end qələbə ilə qurtara bilərdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*