12 Dekabr 2018, Çərşənbə - 07:01

S.Fettel Mario Andretti Kubokuna layiq görülüb

S.Fettel Mario Andretti Kubokuna layiq görülüb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:12 - 28 Yanvar, 2011

Dünən əfsanəvi amerikalı sürücü, 1978-ci ilin dünya çempionu, Champ Cars seriyasının və İndy500 yarışın qalibi Mario Andretti Red Bull komandasının […]

Dünən əfsanəvi amerikalı sürücü, 1978-ci ilin dünya çempionu, Champ Cars seriyasının və İndy500 yarışın qalibi Mario Andretti Red Bull komandasının Milton Kinsdəki bazasına baş çəkib.

Andretti Amerikanın Speed TV telekanalının təsis etdiyi və avtodimanın müxtəlif seriyalarında ən yaxşı nəticələr göstərən sürücüyə verilən Mario Andretti Kubokunu Sebastyan Fettelə təqdim edib…

Mario Andretti: “Mən Formula1-i çox diqqətlə izləyirəm və bilirdim ki, Fettel son mövsümü necə keçirib. Mövsümün ortalarnda o heç titula namizəd deyildi, onun qələbəsinə çox az adam inanırdı. Amma Sebastyan təslim olmadı, sonadək müabrizə apardı və qələbə çaldı. Mən onun yarışını ləzzətlə izlədim və onun uğurlarına hörmətlə yanaşıram.

Dünya səviyyəsində uğur qazanmaq üçün, birinci növbədə, insanın başı yaxşı işləməlidir – bu hər şeydən vacibdir. Ona görə də Sebastyan bu mükafata layiqdir. Bu mükafat məhz son yarışın son dövrəsinədək mübarizə aparanlara verilir. Hətta hamı sənin əleyhinə olanda da, sən özünə inanmağa davam edirsən. Əsil çempion belə olmalıdır!”

Xatırladaq ki, alman sürücü keçən il Formula1 tarixində ən gənc dünya çempionu olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 150
Teqlər
Paylaş

logo