23 Oktyabr 2019, Çərşənbə - 14:12

M.Jene Abu Dabidə nümayiş yürüşləri keçirib

M.Jene Abu Dabidə nümayiş yürüşləri keçirib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:51 - 10 Mart, 2013

Ferrari komandasının test sürücüsü Mark Jene yenidən Formula1 bolidinin sükanı arxasına keçib: “Ferrari-nin Yaxın Şərqdə yarış günləri” adlı yarış bayramı […]

Ferrari komandasının test sürücüsü Mark Jene yenidən Formula1 bolidinin sükanı arxasına keçib: “Ferrari-nin Yaxın Şərqdə yarış günləri” adlı yarış bayramı çərçivəsində ispaniyalı sürücü Yas Marina trasında Ferrari F60-ı trasa çıxarıb, məhz bu maşının sükanı arxasında Kimi Rəykkönen 2009-cu ildə ilk Abu Dabi Qran Prisinin startına çıxmışdı.

Jene birinci dəfə Yas Marina trasına çıxıb, daha sonra isə komandanın mətbuat xidmətinə təəssüratlarını çatdırıb: “Maraqlı trasdır, xüsusən də sürətli döngələrlə zəngin olan birinci sektor. Sonra çox uzun düz yol gəlir, drossel tam açılır. Sonuncu sektor yavaşdır, amma trasın yaxınlığında yerləşən otelin yanından keçərkən alınan səs məni heyrətləndirdi.

“Ferrari-nin yarış günləri” tədbiri avtoidmanın bu cür regionlarda populyarlaşmasına kömək edir.”

2013-cü ildə Mark Jene yenə də İtaliyanın Sky İtalia telekanalında yarışları şərh edəcək və qarşıdakı mövsümə ümidlərini səsləndirib: “Ferrari Melburna yaxşı formada gələcək. Düşünürəm ki. çox güman ki, biz asanlıqla podium qazana biləcəyik, hərçənd, başa düşürəm ki, Red Bull-dan Braziliyada olan geriqalmanı bu müddətdə aradn qaldırmaq mümkün deyil.

Başqa güclü komandaları da unutmaq olmaz: McLaren, Mercedes AMG və Lotus. Amma görürəm ki, mövsümün ilk yarışında Felipe Massa və Fernando Alonsonun əhvalları əladır. Ferrari-nin məqsədi bu il hər iki titulu qazanmaqdır.”

jene-3


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 390
Teqlər , , , , , ,
Paylaş

logo