S.Fettel kunq-fu öyrənir

Mart ayında İnfiniti şirkəti qlobal reklam kampaniyasının başlanmasını elan edib, kampaniyanın siması ikiqat dünya çempionu Sebastyan Fettel olacaq. İlk videoçarx […]

Mart ayında İnfiniti şirkəti qlobal reklam kampaniyasının başlanmasını elan edib, kampaniyanın siması ikiqat dünya çempionu Sebastyan Fettel olacaq.

İlk videoçarx İspaniyada mövsümöncəsi testlər zamanı çəkilmişdi, amma orda hadisələr adi avtodromda cərəyan etmişdi. Bu gün Şanxayda Red Bull sürücüsü növbəti reklam çarxının çəkilişində iştirak edib – əsas mövzu isə şərq əlbəyaxa döyüş növləri olub.

Fettellə birlikdə çəkilişlərə çinli model və aktrisa Selina Ceyd cəlb olunub – Selina Sebastyana kunq-funun sirlərini öyrədib, Sebastyan isə şou ulduzunu Şanxayın Tyanma trasında maşınla gəzdirib.

Sebastyan çəkilişlərə böyük ehtirasla yanaşıb: yeni reklam çarxında alamaniyalı sürücü Selina ilə birlikdə şər qüvvələrlə mübarizə aparır və əlbəttə, qalib gəlir. Hərçənd, senariyə görə o yalnız kunq-fudan istifadə etmir: düşmənlərdən birini Fettel təhlükəsizlik kəməri ilə bağlayır və bildirir ki, təhlükəsizlik normalarına əməl etmək zəruridir.

Sebastyan Fettel: “Mən kunq-fu ilə məşğul olmuram, amma mənim həmişə şərq əlbəyaxa döyüşlərindən xoşum gəlib və həmişə maraqla Bryus Linin filmlərinə baxırdım. Bəlkə də gələcəkdə yenə bir-iki dərs alacam.

Məlum oldu ki, bu hərəkətləri mən asanlıqla qavrayıram, amma çətinliklə yadda saxlayıram. Amma yarışlarla ümumi nəsə var, axı lazım olan anda stres şəraitində düzgün və dəqiq qərar qəbul etməlisən.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*