S.Fettel: “İki qələbə ideal nəticədir!”

Malayziyada qələbə qazanan Sebastyan Fettel qeyd edib ki, startda ona KERS kömək edib. Yarışın gedişində isə sistem nasaz işləsədə, Sebastyan […]

Malayziyada qələbə qazanan Sebastyan Fettel qeyd edib ki, startda ona KERS kömək edib. Yarışın gedişində isə sistem nasaz işləsədə, Sebastyan vəziyyətə nəzarət edə bilib…

Sebastyan Fettel: “Mən hiss etdim ki, taxşı start almışam, anna birdən düz arxamda Lyuisi gördüm, birinci döngənin girişində isə güzgülərdə qara rəng gördüm və başa düşdüm ki, bu Nik Haydfeldir. Yaxşı ki Nik Lyuisi startda keçə bilmişdi və mən birinci hissədə hər dövrədə onlardan uzaqlaşa bilrdim. İstənilən halda, bu yarış iki həftə əvvəl Avstraliyada gördüyümüz yarışa bənzəmirdi, xüsusən də təkərlərin işi.

Lyuislə mübarizə çox çətin idi, amma mən ondan öndə idim və vəziyyətə nəzarət edə bilirdim, lakin yarışın sonuna qədər vəziyyət çətin idi: Lyuisin problemləri üzə çıxdı, hələ bilmirəm ona nə oldu, amma bundan sonra mənə nisbətən asan oldu.

Yarış məsafəsində KERS yaxşı işləmirdi, biz belə nasazlıq gözləmirdik. Sistem bir neçə dövrə işləyirdi, sonra bir neçə dövrə işləmirdi, biz bunu aydınlaşdırmalıyıq. Əgər startda KERS işləməsəydi, biz başqa vəziyyətə düşərdik. Sistem hər halda öz rolunu oynadı…

Biz ilk iki yarışda göstərdiyimiz nəticələrlə fəxr edə bilərik: düzdür, Avstraliya ilə müqayisədə rəqabət kəskinləşib. Biz narahat olmamalıyıq, komanda da bunu başa düşür: irəliləmək üçün bu çox vacibdir.

İlk iki yarışda iki qələbə ideal nəticədir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*