S.Fettel Ferrari-yə keçəcək?

Şayiələr mövsümü sürət yığmaqdadır. Monakonun paddokunda bu gün səhər tezdən hamı Sebastyan Fettelin Ferrari-yə keçməsi barədə danışır. Təsdiq olunmamış məlumatlara […]

Şayiələr mövsümü sürət yığmaqdadır. Monakonun paddokunda bu gün səhər tezdən hamı Sebastyan Fettelin Ferrari-yə keçməsi barədə danışır. Təsdiq olunmamış məlumatlara görə, sonuncu dünya çempionu 2013-cü il mövsümündən sonra Ferrari-yə keçməsi barədə ilkin razılıq müqaviləsi imzalayıb. Düzdür, bəzi şayiələrə görə, əgər bu il Skuderiyanın nəticələri stabil olarsa, almaniyalı sürücü artıq gələn il qırmızı kombinezon geyinə bilər.

Maraqlıdır ki, Ferrari-yə Sebastyanın komanda yoldaşı Mark Uebberi də yollayırlar. The Sunday Times qəzeti əmin edir ki, 2013-cü ildə Uebber Skuderiyada Felipe Massanı əvəz edəcək və bir ildən sonra karyerasını başa vuracaq.

Britaniyanın digər – The İndependent qəzeti isə hesab edir ki, bu keçidlər Lyuis Həmiltonun taleyini tam dəyişə bilər. Bu ilin sonunda Lyuisin McLaren-lə müqaviləsinin müddəti başa çatır və o, Red Bull-a keçə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*