Rəsmən: Saxir Qran Prisi oval trasda olacaq

Formula1 rəhbərliyi Bəhreyndəki ikinci yarışın oval trasda olacağını təsdiq edib.

F-1.az bildirir ki, 17 yarışlıq Formula1 təqvimində Bəhreyn iki Qran Pri təşkil edəcək. Formula1-in idman direktoru Ross Braun daha əvvəl demişdi ki, Bəhreyndəki bütün konfiqurasiyaları nəzərdən keçirirlər. Bu gün isə ikinci yarışın trasın oval quruluşunda keçirələcəyi rəsmiləşib.

Trasın uzunluğu 3,664 kilometrdir və hazırkı Bəhreyn trasından 1.5 kilometr qısadır. Bundan başqa, Formula1 yarışı keçirmək üçün FİA-nın Grade 1 lisenziyasına sahibdirlər. Beləliklə, Bəhreyndəki oval tras Monakodan sonra ən qısa ikinci tras olacaq və sıralanma turundakı zaman nəticələrinin 55 saniyə olacağı gözlənilir. Yarışda isə bir dövrənin 60 saniyə olması gözlənilir.

Saxir trasının rəhbəri Şeyx Salman yenilik barədə bunları deyib: “Bu trasda asfaltayatma qüvvəsi az olacaq. Montsa ilə müqayisə doğru deyil, amma asfaltayatma qüvvəsi az olacaq. Buna görə də sürücülər hava kisəsindən maksimum istifadə edə bilərlər. Ümid edirəm ki, üç DRS zonası olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*