23 İyul 2019, Çərşənbə axşamı - 05:34

S.Fettel: “Emosional gündür!”

S.Fettel: “Emosional gündür!”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:28 - 12 Sentyabr, 2011

Ekspertlər hesab edirdilər ki, Spa və Monsa trasları Red Bull maşınlarına uyğun gəlmir, amma Sebastyan Fettel bunun əksini sübut edib […]

Ekspertlər hesab edirdilər ki, Spa və Monsa trasları Red Bull maşınlarına uyğun gəlmir, amma Sebastyan Fettel bunun əksini sübut edib – hər iki trasda həm poul, həm də qələbə qazanıb…

Sebastyan Fettel: “Emosional gündür! Monsa mənim üçün böyük əhəmiyyət kəsb edir, axı burda mən ilk qələbəmi qazanmışam. Bu gün finiş xəttini keçərkən həmin yarışı xatırladım. Bu inanılmazdır. Əvvəllər biz Monsada rəqabətədavamlı deyildik, bu gün isə qələbə qazandıq. Maşın fantastik dərəcədə yaxşı idi.

Startı uğurlu hesab etmək olmaz, birinci döngənin girişinə üç maşın yanaşıd axil olduq və mən Alonsonun arxasına düşdüm, amma restartdan sonra mən onu qabaqlaya bildim, hərçənd, o mənə yer qoymamışdı – mən bilmirəm Fernando məni görürdü, yoxsa yox.

Maşının sazlanması zamanı biz düzgün qərar qəbul etmişdik. Bu gün biz risk etmirdik, risk dünən idi. Hamı gördü ki, mənim maşınımın maksimal sürəti elə də böyük deyil – biz daha “qısa” ötürmələr seçmişdik və düz yolda mən uduzurdum, amma yarışda mənə çox rahat idi.”

Jurnalistlər Sebastyana xatırladıblar ki, Sinqapurda artıq titul qazana bilər – bunu üçün Alonsodan 13, Batton və Uebberdən isə 8 xal çox toplamaq kifayətdir…

Sebastyan Fettel: “Doğrudan? Mən heç bilmirdim. Düzünü desəm, mövsüm fantastik alındı, komanda ciddi tərəqqiyə nail olub, biz çox gülənmişik.

Biz Sinqapura başqa yarışlara olduğu kimi hazırlaşacayıq, mən artıq demişəm ki, hər bir mərhələyə ayrılıqda baxırıq, addım-addım irəliləyirik. Baxaq, görək orda necə olacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 293
Teqlər
Paylaş

logo