F.Alonso: “Formula1 əsas prioritet olaraq qalır”

F-1.az xəbər verir ki, McLaren-in ispan sürücüsü Fernando Alonso CNN-ə müsahibəsində bütün diqqətini Formula1-də iştirak etməyə cəmlədiyini bildirib.

Fernando Alonso: “Formula1 mənim üçün əsas prioritetdir. Mən üçüncü dəfə çempion olmaq arzusundayam və məqsədim də budur. Əgər qələbə uğrunda mübarizə apara bilməyəcəmsə, Formula1-dən kənar variantlara baxacam. Lakin qərarımı ancaq noyabr-dekabr aylarında dəqiqləşdirə biləcəm. O vaxta qədər bütün imkanları nəzərdən keçirməliyəm. Karyeramı McLaren-də davam etdirmək? Bunun üçün mən ciddi irəliləyişlər görməliyəm və bunlar rəqəmlərlə sübut olunmalıdır.

İndianapolisdəki çıxışım zamanı bir daha əmin oldum ki, qələbə qazana bilərəm. Maşına əyləşəndə və mexaniklər təhlükəsizlik kəmərini bağladıqda düşündüm ki, kokpitdən qalib kimi ayrıla bilərəm. Bu, sehrli hiss idi. ABŞ-da mədəniyyət və yarışlara münasibət fərqlidir. Elə bir hiss yaranır ki, tribunada əyləşən insanların gözündə qəhrəmansan. İndycar-a keçid? Mənim əsas məqsədim Formula1-də daha bir titul əldə etməkdir. Həm də İndy500 və 24 saatlıq Le Man marafonlarında qalib gələrək avtoidmanın Üç Tacının sahibi olmaq arzusundayam. Elə buna görə də İndy500-ə qayıtmaq istəyərəm, lakin yaxın gələcəkdə yox”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*