S.Fettel cərimə olunmayıb

Malayziya Qran Prisinin finişindən sonra FİA-nın nümayəndələri rəsmi reliz yayıblar – relizin ilk sətirləri Sebastyan Fettelin və Red Bull komandasının […]

Malayziya Qran Prisinin finişindən sonra FİA-nın nümayəndələri rəsmi reliz yayıblar – relizin ilk sətirləri Sebastyan Fettelin və Red Bull komandasının azarkeşləri üçün soyuq su altında duşa çevrilib. Sən demə, alman sürücü yarışın son dövrəsində Yarno Trullini sarı bayraqların dalğalandığı ərazidə keçibmiş!

Relizdə deyilir: “Yarışın direktorundan məlumat alınıb ki, 5 №-li maşın (Sebastyan Fettel) 18 №-li maşını (Yarno Trulli) dördüncü döngənin girişində sarı bayraqlar dalğalanan zaman keçib, bundan sonra Qran Prinin stüardları videoyazını və telemetriyanı araşdırıblar və hər iki sürücünün izahatına qulaq asıblar, stüardlar qərara alıblar ki, İdman Kodeksinə H əlavəsinin 2.4.5-1 maddəsinin B bəndi pozulub.

Amma nəzərə almaq lazımdır ki, Red Bull sürücüsü sarı bayraqlar altında sürətini kəskin azaldıbmış, Lotus sürücüsü isə aşkar problemlər üzündən həddən aşağı sürətlə hərəkət edirmiş, ona görə də Formula1-in İdman Reqlamentinin 16.2 maddəsinin A bəndinə əsaslanaraq, stüardlar sürücüyə heç bir sanksiya tətbiq etməməyi qərara alıblar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*