21 Sentyabr 2019, Şənbə - 07:05

Scuderia Ferrari – F2012 (video)

Scuderia Ferrari – F2012 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:59 - 04 Fevral, 2012

Maranelloda güclü yağan qar üzündən Ferrari komandası yeni maşının rəsmi təqdimat mərasimini təxirə salmalı olub, amma vəd olunan vaxtda komandanın […]

Maranelloda güclü yağan qar üzündən Ferrari komandası yeni maşının rəsmi təqdimat mərasimini təxirə salmalı olub, amma vəd olunan vaxtda komandanın rəsmi saytında yeni maşın barədə materiallar dərc olunub. F2012 komandanın Formula1 üçün hazırladığı 58-ci maşındır, bu dəfə Skuderiya maşının indeksində cari ilin rəqəmlərindən istifadə etmək ənənəsinə qayıdıb.

Ferrari-nin prezidenti Luka di Montedzemolo əmindir ki, qarşıdakı çempionatda qalib gəlmək üçün komandanın hər şeyi vardır…

Luka di Montedzemolo: “Biz qalib gəlmək istəyirik, bunun üçün düzgün şərait qurmaq istəyirik, əvvəllər biz buna nail olmuşduq, indi də zəruri komponentlərin hamısı varımızdır.

Stefano Domenikali həm maşının, həm də işin təşkilinin inkişafı üzərində ciddi çalışıb. Baş verən dəyişikliklər çox vacibdir və indi bizim həqiqətən rəqabətədavamlı komandamız var. Biz bütün sahələrdə irəliləmişik, mən əminəm ki, azarkeşlərimizin ümidlərini doğruldacayıq, qarşıdakı mövsümdə reqlamentin yozulması ilə problemlər olmayacaq – bu məsələdə biz FİA-ya etibar edirik.”

fer2
Qarşıdakı mövsümdə Ferrari-nin qarşısında duran məsələləri şərh edən Stefano Domenikali bildirib ki, F2012 mövsümün ilk yarışlarından qələbə qazanmalıdır…

Stefano Domenikali: “Mən əminəm ki, bu maşın ilk yarışlardan qələbə qazanacaq. Keçən illər bizə çox şey öyrətdi, biz bir neçə çətin qərarlar qəbul etdik, amma mən əminəm ki, bu maşın bizim bütün səylərimizi doğruldacaq.

F2012-nin konstruksiyasında bir çox texniki yeniliklərdən istifadə olunub, maşın bir qədər qəribə görünür. Maşınla cəmi 12 gün testlərdə işləyə biləcəyik – bu günlərdə onun etibarlılığını artırmalıyıq və yeni Pirelli təkərlərini yoxlamalıyıq.

Komanda əlindən gələni edəcək. Fernandonun peşəkarlığından danışmağa ehtiyac yoxdur, keçən il bizim üçün çətin vaxtlarda Fernando bizimlə uzunmüddətli müqavilə imzaladı – bir daha özünün məsuliyyətli olmasını sübut etdi. Felipe Formula1-də on mövsüm keçirib, həmişə də Ferrari motorlarında yarışıb. Felipe çox istedadlı sürücüdür, ümid edirəm ki, bu il o əsil sürətini, potensialını nümayiş etdirəcək – bu həm ona, həm də komandaya vacibdir.”

fer3

F2012 keçənilki 150º İtalia şassisinin ciddi inkişafıdır. Yeniliklər çoxdur – onlardan bəzisi reqlamentdəki dəyişikliklərlə əlaqədardır, bəzisi isə keçənilki problemlərin həlli ilə. Maşının burun elementində mövsümə xas olan “pillə”ni görmək olar. Ön və arxa asılqanların, yan pantonların konstruksiyası da dəyişib, maşının arxa hissəsi daha yığcam olub, ön və arxa antiqanadlar hələlik keçən il olduğu kimi saxlanılıb, amma komanda mövsümöncəsi testlərda məhz bu elementlər üzərində işləyəcək.

fer4
F2012-nin virtual təqdimat mərasimində Fernando Alonso və Felipe Massa yeni maşından aldıqları təəssüratlardan və qarşıdakı mövsümə ümidlərindən danışıblar…

Fernando Alonso: “Xarici görünüşünə görə yeni maşın əvvəlkilərdən ciddi fərqlənir. Qarşıda mənim qırmızı kombinezonda üçüncü mövsümüm gəlir, mən yeni mövsümü yeksək motivasiya ilə açıram – uğur qazanmaq istəyirəm.

Mübarizə yəqin ki, gərgin olacaq, amma biz qırmızı maşınları daim podiumda görmək istəyirik. Gələn həftə Xeresdə testlər başlayacaq və mən əminəm ki, bu il biz ciddi nəticələr göstərəcəyik.

Mən Ferrari əməkdaşlarının peşəkarlığına şübhə etmirəm. Bu il biz maksimum xal toplamaqla çempion titulu qazanmalıyıq.”

Felipe Massa: “F2012 çox aqresiv görünür, bu mənim arzum idi. Mən bilirəm ki, komanda işinə ciddi yanaşıb və yeni maşın mənim çox xoşuma gəlib. Bir neçə gündən sonra biz trasda işə başlayacayıq, əminəm ki, bizi maraqlı mövsüm gözləyir – əsas odur ki, biz rəqabətədavamlı olacayıq.

Bu il həm mənim üçün, həm də komanda üçün çox vacibdir. 2012-ci il bizim qələbə ilimiz olmalıdır. Biz çempion titulunu qaytarmaq uğrunda mübarizə aparacayıq. Mən öz ustalığıma, yeni maşına inanıram, gələcəyə də nikbinliklə baxıram – mən mövsümə yaxşı başlamaq istəyirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 334
Teqlər
Paylaş

logo