McLaren MCL36-nı təqdim edib

McLaren komandası 2022-ci il bolidi MCL36-nı təqdim edib.

F-1.az xatırladır ki, “narıncılar” bolidlərini təqdim edən dördüncü komanda olublar. Lakin belə görünür ki, idmanın ən titullu üçüncü komandası fərqli yöndə işləyib. Əsas dəyişikliklər rəng çalarında olub. Boliddə açıq mavi rəngə yer verilib və qara rəng artırılıb. Bu da 2021-ci il Monako Qran Prisindəki Gulf rəng çalarını xatırladır.

McLaren-in rəhbəri Zek Braun: “Bu gün Formula1, İndyCar və Extreme E çempionatlarının proqramını təqdim etdik və sevincliyəm. Formula1 komandamız Andreas Zaydlın rəhbərliyi altında inkişaf edir və yeni reqlament bizim üçün əsl fürsətdir. Lando və Danielin komandada olması məni həyəcanlandırır.

Lando keçən il 4 podium qazanaraq, özünü təkmilləşdirdi. Danielin Montsadakı sensasiyalı qələbəsi isə bizə qalib olmaq hissini xatırlatdı. Bu il öndəki komandalarla fərqi bağlamağı hədəfləyirik”.

Komandanın texniki direktoru Ceyms Ki: “Bu, Barselona testlərinə aparacağımız maşındır. Bəzi səbəblərə görə bəzi detalları gizlətdik. Bunları ilk yarışda görəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*