AlphaTauri 2020-ci il bolidini təqdim edib

AlphaTauri komandası bu il yarışacağı AT01-i Zaltsbuqrda təmtəraqlı mərasimlə təqdim edib.

F-1.az bildiri ki, AlphaTauri 2016-cı ildə Zaltsburqda qurulmuş geyim şirkətidir. Artıq Toro Rosso komandasının adı AlphaTauri olacaq.

AlphaTauri AT01 təqdim edilməmişdən əvvəl şirkətin geyim kolleksiyasının nümayişi baş tutub. Daha sonra isə maşın gün üzünə çıxarılıb. Təqdimatda komandanın rəhbəri Frants Tost, sürücülər Daniil Kvyat və Pyer Qasli iştirak ediblər. Yeni AT01 ağ-göy rəng çalarına sahibdir. AlphaTaurı dar saydpodu, fərqli hava girişi ilə diqqəti cəlb edib və keçən ilin Red Bull bolidi RB15-ə bənzəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*