17 Yanvar 2019, Cümə axşamı - 21:15

H.Marko: “Kvyatın problemləri var idi”

H.Marko: “Kvyatın problemləri var idi”

Müəllif: Rauf Hacıyev, redaktor

12:15 - 04 Yanvar, 2019

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, 2017-ci ildə Kvyatı psixoloji problemlərinə görə göndərmişdilər.

F-1.az xatırladır ki, rusiyalı sürücü Formula1 karyerasına 2014-cü ildə Toro Rosso komandasında başlamış və 2015-ci ildə Red Bull-a transfer olunmuşdu. Amma 2016-cı ilin Rusiya yarışında Fettellə yaşadığı insidentə görə yenidən əvvəlki yerinə – Toro Rosso-ya qaytarılmışdı. Lakin 24 yaşlı sürücü burada da qeyri-stabil çıxış etmiş və Karlos Saynsdan çox geri qalmışdı. Buna görə də komanda 2017-ci ilin Amerika yarışından sonra onu göndərərək, yerinə Brendon Hartlini gətirmişdi.

Kvyat 2018-ci ildə Ferrari-nin developer sürücüsü kimi çalışmışdı. Lakin Toro Rosso komandası sürücü tapa bilmədiyi üçün rusiyalı sürücünü 2019-cu il üçün yenidən sıralarına cəlb edib.

Helmut Marko: “Daniil Tolstoyun kitablarını oxuyur və klassik musiqiyə qulaq asır. Ruslar çox vaxt həssas olurlar. Dünyaya qarşı sərt görünsələr də, çox emosional və həssasdırlar. Daniil Toro Rosso-dakı son mövsümündə psixoloji cəhətdən yaxşı deyildi. Bu da onun performansına təsir etdi. Lazımsız qəzalar etdi və biz də onu göndərməli olduq. Amma indi yaxşıdır. Bolidin inkişafına kömək edə biləcək sürücüyə ehtiyacımız var idi. İndi yanında Aleksander Elbon olacaq. Onu əvvəldən tanıyıram. O vaxt şəxsi həyatı ilə bağlı problemi olmuşdu və onu qovmuşduq. Bu da onun performansına təsir etmişdi. O gündən etibarən çox dəyişib”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 190
Teqlər , ,
Paylaş

logo