F.Tost: Debütant sürücülərlə uğur qazanmaq olmur

AlphaTauri komandasının rəhbəri Frants Tost düşünür ki, zəif nəticələrin səbəbkarı debütant sürücülərdir.

F-1.az xatırladır ki, AlphaTauri (köhnə adı ilə Toro Rosso) komandası qurulandan bəri Red Bull Sürücü Akademiyasının Formula1 məktəbi kimi fəaliyyət göstərir.

Frants Tost ilin sonunda AlphaTauri komandasının rəhbər vəzifəsindən ayrılır. Onun əvəzinə isə Loran Mekis və Piter Bayer gətiriləcək. İtaliya komandasında beləliklə idarəetmə sistemi dəyişiləcək.

Frants Tost: “Ümid edirəm ki, komanda gələcəkdə yarış qazanar. Əksər hallarda gənc sürücülərlə işləyirik, hətta bəzən hər mövsüm iki yeni sürücü gəlir və debütantlarla yarış qazanmaq mümkünsüzdür.

Hazırda ilk dörd komandanın sürücü heyətləri həm pilotak, həm də texniki cəhətdən çox güclüdürlər. Buna görə də debütant sürücü onları məğlub edə bilməz. Sebastyan Fettelin bizim üçün yarışdığı və titullar qazandığı illəri xatırlayıram. Lakin Maks Ferstappen də öyrəşənə qədər bir neçə il keçdi.

Həmişə demişəm ki, sürücülərin Formula1-ə öyrəşməsi üçün 3 il lazımdır. Daha əvvəl Formula3 və
Formula2-də yarışsalar da, onlar üçün hər şey yenidir.

Debütantlar həmişə özlərini isbatlamaq istəyirlər və buna görə səhvlər edirlər. İkinci mövsüm bir az vəziyyəti anlayırlar və düşünməyə başlayırlar. Üçüncü mövsümlərində isə təkərlərin və aerodinamikanın necə işlədiyini, onları necə dəyişdirəcəklərini anlamağa başlayırlar. Dördüncü mövsümlərində isə qələbə üçün mübarizə aparmağa hazır olurlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*