Saxir Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Bəhreyndəki ikinci yarış həftəsonunun sessiyaları birinci ilə müqayisədə 3 saat gec keçirilir, buna görə də, komandalar sonuncu məşqlərdə də əsas sessiyalarla eyni hava şəraitində daha çox hazırlaşa biliblər.

F-1.az bildirir ki, dünən olduğu kimi, bu gün də 8-ci döngədə yoldan çıxan sürücülərin sayı az olmayıb və həmin dövrəvi nəticələr ləğv edilib. Ferstappen və Lekler yerində fırlanıb, lakin maşınlara zərər dəyməyib.

Fettel telemetriyada nasazlıq olduğu üçün məşqləri vaxtından əvvəl başa vurub. Komanda onun maşınında güc qurğusunu dəyişdirib.

Protokollara 0:54.064-lük nəticə ilə Maks Ferstappen başçılıq edib. Bizi olduqca maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 0:54.064 23
2 77 Valtteri Bottas Mercedes AMG 0:54.270 + 0:00.206 20
3 10 Pyer Qasli AlphaTauri 0:54.427 + 0:00.363 24
4 31 Esteban Okon Renault 0:54.453 + 0:00.389 21
5 4 Lando Norris McLaren 0:54.606 + 0:00.542 15
6 23 Aleksander Elbon Red Bull 0:54.629 + 0:00.565 22
7 63 Corc Rassell Mercedes AMG 0:54.664 + 0:00.600 20
8 11 Serxio Peres Racing Point 0:54.678 + 0:00.614 20
9 18 Ləns Stroll Racing Point 0:54.693 + 0:00.629 18
10 55 Karlos Sayns McLaren 0:54.720 + 0:00.656 16
11 99 Antonio Covinatsi Alfa Romeo 0:54.845 + 0:00.781 20
12 26 Daniil Kvyat AlphaTauri 0:54.850 + 0:00.786 23
13 16 Şarl Lekler Ferrari 0:54.854 + 0:00.790 21
14 3 Daniel Rikkardo Renault 0:54.857 + 0:00.793 15
15 5 Sebastyan Fettel Ferrari 0:54.858 + 0:00.794 17
16 7 Kimi Rəykkönen Alfa Romeo 0:55.171 + 0:01.107 20
17 20 Kevin Maqnussen Haas 0:55.347 + 0:01.283 19
18 6 Nikolas Latifi Williams 0:55.493 + 0:01.429 21
19 51 Pyetro Fittipaldi Haas 0:55.666 + 0:01.602 21
20 89 Cek Eytken Williams 0:55.670 + 0:01.606 23

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*