Safnauer komandanın hədəflərindən danışıb

Alpine komandasının rəhbəri Mayami Qran Prisindəki nəticələrin komanda üçün nümunəvi olduğunu bildirib.

F-1.az xatırladır ki, həmin yarışı komandanın pilotlarından Pyer Qasli 8-ci, Esteban Okon isə 9-cu sırada tamamlamışdı. Otmar bu barədə Racingnews365 resursuna danışıb.

Otmar Safnauer: “Bakı ilə müqayisədə Mayamidəki yarış düzgün istiqamətdə atılmış addımların göstəricisi idi. Eyni nəticəni təkrarlamalıyıq, lakin növbəti dəfə daha çox rəqabət apara bilməliyik. Hər yarışda iki maşınla da xal toplaya bilsək, bəzən bir az da yuxarı qalxa bilsək, o zaman bunu uğur saymaq olar. Hər şey bir araya gəldikdə, nəticələr də yaxşı olacaq”.

Qeyd edək ki, komanda daxilində heç də yaxşı atmosfer yoxdur. Mayami yarışından sonra Alpine rəhbəri Loran Rossi nəticələrdən narazılığını açıq şəkildə dilə gətirib, bunların baş səbəbkarı kimi də Safnaueri göstərməkdən çəkinməyib. Hətta artıq şirkətin Otmarın yerinə başqa namizədlərlə də görüşdüyü bildirilir ki, onların arasında Erik Bulye və Mattia Binotto kimi şəxslərin də adı var.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*