S.Sirotkin Renault-da yarışmadığı üçün məyusdur

Williams komandasının sürücüsü Sergey Sirotkin bildirib ki, Renault-nun heyətinə seçilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, Sirotkin son iki ildə Renault-nun həm developer, həm də test sürücüsü idi. Rusiyalı sürücünün Colion Palmeri əvəz etməsi gözlənilsə də, fransız komandası Karlos Saynsı transfer edbi. Belə olan halda isə gənc Sirotkin Williams komandası ilə müqavilə bağladyıb.

Sergey Sirotkin: “Sauber-də olan zaman fürsəti əldən vermişdim. Karyeramın ilk illəri idi və GP2-də yarışırdım. Renault ilə keçirdiyim illər daha çətin idi. Çünki keçən il ilk dəfə idi ki, yarışsız bir mövsüm keçirirdim. Çox fokuslanmışdım və gərgin rejimdə işləyirdim. Ancaq bəzən işlər istədiyiniz kimi getmir və bu, doğrudan da yaxşı hiss deyil. Həmişə səyahət etsəm də, sükan arxasında çox vaxt keçirə bilmədim. Bu da həzz vermir. Çox çətin dövr idi. Lakin çox şey öyrəndim. Sürücü kimi yetişdirdikləri üçün onlara təşəkkür edirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*